Ötən il Türkiyəyə 3,1 milyondan çox rusiyalı turist gedib. Türkiyə hökuməti bu il Rusiyadan turist axınının 30 faiz artacağını gözləyir.
Vizaların ləğvinə daha çox Antalyadakı sahibkarlar sevinirlər. Bu il Antalya 11 milyona yaxın turist qəbul etməyə hazırdır. Onların üçdən birindən çoxunu ruslar təşkil edəcək. Rusiyadan Türkiyəyə gedən turistlərin sayının artmasına iğtişaş və inqilablarla əhatə olunan Yaxın Şərq və Afrika ölkələrindəki vəziyyət də təsir edə bilər.
Viza rejiminin ləğvi ilə əlaqədar “Türkiyə hava yolları” şirkəti Rusiya istinamətində reyslərin sayını artırıb. Şirkət 2011-ci il ərzində 800 minə yaxın sərnişin daşımağı planlaşdırır.
Rusiya və Türkiyə arasında ticarət dövriyyəsi ötən il 25 milyard dollardan artıq olub. Bu, 2009-cu illə müqayisədə 29 faiz çoxdur. Rusiyadakı Türkiyə investisiyaların həcmi 6 milyard dollara çatıb. Türkiyədə isə 4 milyard dollara yaxın Rusiya sərmayəsi var. İki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq sahəsində əsas yeri energetika tutur. //milli.az