Bu gün Azərbaycan mediasında öz dəst xətti və maraqlı xəbərləri, reportajları, layihələri ilə seçilən “Azvision.az” xəbər portalının 2 yaşı tamam olur.
“Azvision.az” xəbər portalının baş redaktoru Vüsal Məmmədov AZADİNFORM-a açıqlamasında deyib ki, 2 il öncə sayt yaranan zaman çox sayda saytlar yaradılırdı: “O vaxt doğrudan da internet media bazarına girmək çox çətin görünürdü. Ancaq bir məsələ də var ki, həmin dövrdə sayt çox olsa da, ciddi sayt seqmenti, yəni internet mediada ciddi sayt kateqoriyası boş idi. Ola bilər 1 və ya 2 sayt olardı, ya olmazdı. “Azvision.az” həmin seqmentə hədəflənmişdi. Biz düşünmüşdük ki, məhz ciddi, ictimai-siyasi yüklü media orqanı kimi öz yerimizi tutacağıq. Ona görə də, əvvəlcədən həmin xətti götürdük”.
Baş redaktorun sözlərinə görə, 2 il ərzində rəhbərlik etdiyi mətbu orqan demək olar ki, heç vaxt nə şou biznes, nə intim, nə də “+18” xəbərləri verməyib: “Nadir hallarda, məsələn, vacib kriminal hadisə olan zaman onu veririk. Lakin çox vaxt belə şeylərdən də çəkinirik. Yəni, məqsəd ictimai-siyasi yüklü bir sayt yaratmaq idi.
Bu istiqamətdə də gedirdik. Doğrudur, bizə çoxları deyirdi ki, bu cür sayt tanınmayacaq, oxucu kütləsi yığa bilməyəcək.