Bu gün İçəri Şəhərdə 'Novruz-Bahar Festivalı' olacaq

MƏDƏNİYYƏT
11:26 20.03.2012
2878
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər il olduğu kimi bu il də Novruz bayramı günlərində “Novruz-Bahar Festivalı” adlı tədbir təşkil edəcək. Qoruq idarəsinin mətbuat xidmətindən  verilən məlumata görə, İçəri Şəhərdə Qoşa Qala Qapısı meydanında bu gündən martın 23-nə qədər baş tutacaq festivalda insanlar müxtəlif müsabiqələrdə iştirak edə biləcək, pəhləvanların, kəndirbazların və sehrbazların çıxışlarını izləmək imkanı qazanacaqlar. Tətbiqi sənət məhsullarının və suvenirlərin sərgi-satışı təşkil olunacaq və festival iştirakçılarına milli mətbəximizin müxtəlif nümunələri təklif ediləcək. Bədii və tarixi personajların, İçəri Şəhərin simalarının və Novruz bayramının əsas qəhrəmanları kosa və keçəlin festivalda iştirakı bayram əhval-ruhiyyəsini daha da artıracaq. Festival günləri maraqlı bayram konserti ilə də müşayiət olunacaq, müxtəlif teatrlaşdırılmış bayram tamaşaları nümayiş etdiriləcək.İçəri Şəhərlə yanaşı 20-21 mart tarixlərində bu il ilk dəfə olaraq “Novruz-Bahar Festivalı” “Qala” Dövlət Tarix-Etnoqrafik Qoruğunda da keçiriləcək. Burada Bahar qədim vaxtlarda olduğu kimi qarşılanacaq və bir müddətlik orta əsrlərin ruhu duyulacaq. Festival geniş konsert proqramı ilə yanaşı, maraqlı müsabiqələrlə də yadda qalacaq, azyaşlı uşaqlar üçün də maraqlı oyunlar təşkil olunacaq. Bununla yanaşı, festival iştirakçıları yerində hazırlanan milli mətbəximizin nümunələrindən və şirniyyatdan dadacaqlar.İçəri Şəhərdən “Qala” Dövlət Tarix-Etnoqrafik Qoruğuna və geri istiqamətində 20-21 mart tarixlərində, 13:30-dan 19:30-dək hər bir saatdan bir Qoşa Qala Qapılarından çıxan nəqliyyat festivala getmək istəyən şəxslər üçün ödənişsiz xidmət göstərəcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb