Bu gün jurnalistlərə hökm oxuna bilər

Bu gün jurnalistlərə hökm oxuna bilər
MEDİA
10:50 30.06.2014
1287

Mətanət İsgəndərli iki jurnalisti həbs etdirmək istəyir.

AZXEBER.COM xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində əməkdar artist, tanınmış müğənni Mətanət İsgəndərovanın AzNews.az xəbər saytının baş redaktoru Elçin Zahiroğlu və media orqanının əməkdaşı İntiqam Valehoğluna qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ilə bağlı məhkəmə baxışı keçiriləcək.

M. İsgəndərli jurnalistləri Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilməsini tələb edir.

Məhkəmə prosesi bu gün saat 11:30-da hakim Turqay Hüseynovun sədrliyi ilə başlayacaq. Jurnalistlərin hüquqları vəkil Elçin Sadıqov tərəfindən qorunacaq.

Qeyd edək ki, müğənni hər iki jurnalistin həbs olunmasında israrlıdır. Xatırladaq ki, İsgəndərovanın məhkəməyə müraciət etməsinə səbəb AzNews.az saytında barəsində gedən yazıdakı “narkoman” ifadəsidir.

 

 

OXŞAR XƏBƏRLƏR