Bu gün onun günüdür - ÇİNGİZ MUSTAFAYEV

Bu gün onun günüdür - ÇİNGİZ MUSTAFAYEV
Bütün Xəbərlər
12:49 29.08.2012
1088
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür.
Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi.Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinn 1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əskər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əskərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qəısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.Və Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi.Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır. anspress.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paytaxt məktəbliləri olimpiadalarda 89 medal qazanıb
11:53 13.06.2025
Paytaxt məktəbliləri olimpiadalarda 89 medal qazanıb
XİN İrandakı Azərbaycan vətəndaşlarına müraciət etdi
11:50 13.06.2025
XİN İrandakı Azərbaycan vətəndaşlarına müraciət etdi
Hindistanda təyyarə qəzasında həyatını itirənlərin ailələrinə təzminat ödəniləcək
11:47 13.06.2025
Hindistanda təyyarə qəzasında həyatını itirənlərin ailələrinə təzminat ödəniləcək
Qanunsuz aborta görə cəzalar sərtləşdirilir
11:44 13.06.2025
Qanunsuz aborta görə cəzalar sərtləşdirilir
İsrail səfərbərlik elan etdi
11:40 13.06.2025
İsrail səfərbərlik elan etdi
Azərbaycan XİN: İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq
11:39 13.06.2025
Azərbaycan XİN: İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq
Milli Məclis Prezident və birinci xanımı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi
11:38 13.06.2025
Milli Məclis Prezident və birinci xanımı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi
AccessBank-dan mikro və aqro sahibkarlara yay fürsəti – kredit faizlərinə 3%-dək ENDİRİM!
11:36 13.06.2025
AccessBank-dan mikro və aqro sahibkarlara yay fürsəti – kredit faizlərinə 3%-dək ENDİRİM!
DİN “Son Zəng”lə bağlı valideynlərə və məzunlara MÜRACİƏT ETDİ
11:20 13.06.2025
DİN “Son Zəng”lə bağlı valideynlərə və məzunlara MÜRACİƏT ETDİ
Kəmalə Günəşli toyda ev sahibinə belə hücum edib - ANBAAN VİDEO
11:19 13.06.2025
Kəmalə Günəşli toyda ev sahibinə belə hücum edib - ANBAAN VİDEO
İordaniya öz hava məkanında bir neçə raket və PUA-nı vurub
11:12 13.06.2025
İordaniya öz hava məkanında bir neçə raket və PUA-nı vurub
Türkiyəli aktyor faciəvi şəkildə vəfat etdi
11:07 13.06.2025
Türkiyəli aktyor faciəvi şəkildə vəfat etdi
Bakı-Qəbələ dəmir yolu marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edilib
10:58 13.06.2025
Bakı-Qəbələ dəmir yolu marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edilib
Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!
10:39 13.06.2025
Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!
İran ABŞ ilə nüvə danışıqlarını davam etdirməkdən imtina edib
10:22 13.06.2025
İran ABŞ ilə nüvə danışıqlarını davam etdirməkdən imtina edib
Beynəlxalq axtarışda olan şəxs Bosniya və Herseqovinada tutularaq Azərbaycana ekstradisiya edilib
10:10 13.06.2025
Beynəlxalq axtarışda olan şəxs Bosniya və Herseqovinada tutularaq Azərbaycana ekstradisiya edilib