Bu gündən “Ağabəyovlar” serialının nümayişi başlayır

Bu gündən “Ağabəyovlar” serialının nümayişi başlayır
Bütün Xəbərlər
07:55 21.09.2012
1468
Bu gündən ANS televiziyasının efirində yeni - “Ağabəyovlar” serialının nümayişi başlayır. ANS Müstəqil Yayım və Media şirkətinin “Bakı Film” kinostudiyası tərəfindən istehsal edilmiş “Ağabəyovlar” bədii serialının ssenari müəllifləri Vahid Mustafayev və Kamran Qasımov, quruluşcu rejissoru Vahid Mustafayevdir. “Ağabəyovlar” serialı 100 seriya nəzərdə tutulub. Serialın 57 bölümünün ssenarisi artıq yazılıb. Çəkilişlər “Bakı Film” kinostudiyasının pavilyonunda aparılır. Filmin ilk seriyası bu gün saat 20.00-də yayımlanacaq.
OXŞAR XƏBƏRLƏR