'Bu hadisə hər birimizi düşündürən ümummilli məsələdir' - BƏYANAT

GƏNCLİK
11:10 28.02.2013
1675

Azərbaycan Könüllülər İctimai Birliyi Fransada döyülən tələbələrimizlə bağlı bəyanat yayıb.Birliyin sədri İmaməddin Quliyevin AZXEBER.COM-a göndərdiyi bəyanatı təqdim edirik: "Fransa parlamentinin bir neçə deputatının göstərişi və 40 nəfərə qədər erməni və fransız tələbələrinin iştirakı ilə Fransada təhsil alan iki azərbaycanlı tələbələr - Mirvari Fətəliyeva və Vüsal Hüseynovaya xəsarət yetirmələri bizi və ətrafımızda olan gəncləri narahat edir. Onların çox ağır bədən xəsarətləri alması və ələlxüsusda, daxili orqanlarının zədələnməsi baş verən bu hadisədə bir daha erməni vəhşiliyini sübut edir.

Danılmaz faktdır ki, Qarabağ probleminin həlli prosesində iştirak edən ATƏT-in Minsk qrupunun üzvü olan Fransa öz səlahiyyətlərini və vəzifələrini obyektiv yerinə yetirmir. Bu məsələlərin həllində ədalətli həll variantına deyil, problemin hansı yolla olursa olsun işğalçı Ermənistanın xeyrinə qərar çıxarmağa cəhd göstərirlər.

Maraqlıdır ki, dünya ölkələri Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu təsdiqləyir, ancaq iş gəlib problemin həllinə çıxdıqda həmin ölkələr münaqişənin yalnız sülh yolu ilə həll olunmasını bildirirlər.

Biz Azərbaycan Könüllülər İctimai Birliyi (AKİB) olaraq heç bir zaman bununla barışa bilmərik. Xalqımız ermənilərin azərbaycanlılara qarşı əsrlər boyu davam etdirdiyi soyqırımı unutmur.

Bu dünyada və cəmiyyətdə istənilən zorakılıq metodu yolverilməzdir. Biz tezliklə iki azərbaycanlı gəncin ağır bədən xəsarətlərinin yetirilməsində iştirak edən şəxslərin beynəlxalq hüquq müstəvisində cəzalandırılmasını və hüquqi aspektlərinin ictimaiyyətə çatdırılmasını tələb edirik.

Ümid edirik ki, bu hadisə lazımi beynəlxalq hüquqşünaslar tərəfindən dəstəklənəcək və davam etdiriləcəkdir. Çünki bu hadisə hər birimizi düşündürən ümummilli məsələdir. Cinayətə qarşı mübarizə aparmaq isə hər bir bəşər övladının borcudur.

Bizim üzərimizə böyük vəzifələr düşür. Həqiqətləri dünya ictimaiyyətinə çatdırmalı, haqlı səsimiz ilə dünya ictimaiyyətini baş vermiş real hadisələr haqqında agah etməliyik".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
23:05 16.10.2026
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
22:58 16.10.2026
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
22:50 16.10.2026
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
22:41 16.10.2026
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
22:32 16.10.2026
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
22:20 16.10.2026
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
22:13 16.10.2026
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
22:03 16.10.2026
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:56 16.10.2026
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
21:45 16.10.2026
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər