Bu həftə hansı tamaşalar oynanılacaq? - AFİŞA

Bu həftə hansı tamaşalar oynanılacaq? - AFİŞA
MƏDƏNİYYƏT
11:21 17.02.2012
3689

Bu həftə sonu teatrlarda tamaşaçılara təqdim ediləcək tamaşalar yenə maraq doğuracaq.

AZXEBER.COM-un Dövlət Akademik Milli Dram Teatrına istinadən verdiyi məlumata əsasən "Don Juan və həndəsə" tamaşası 18 fevral - 19:00-da tamaşaçıların qarşısına çıxacaq.

19 fevral-19:00-da isə "Qadın məhəbbəti" tamaşası səhnələşdiriləcək. Biletlərin qiyməti 6-10 AZN arasında dəyişəcəkdir.

Gən Tamaşaçılar Teatrında isə bu həftə sonu "Buzovna kəndinin əhvalatları" tamaşasının premyerası keçiriləcəkdir. 18 fevral , 19 fevral - 19:00-da tamaşaçılar bu tamaşanı izləyə bilərlər.Biletlərin qiyməti 6 AZN.

Gülnarə Bayramova

OXŞAR XƏBƏRLƏR