Təhsil naziri Misir Mərdanov bununla bağlı əmr imzalayıb
Azərbaycandakı qeyri-normal hava şəraiti ilə əlaqədar həftə sonuna kimi ölkənin bütün ümumtəhsil müəssisələrində dərslər təxirə salınıb. Bu barədə AZXEBER.COM-a Təhsl Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə məlumat verib. Xəbərə görə, dərslərin təxirə salınması ilə bağlı təhsil naziri Misir Mərdanov əmr imzalayb. Hava şəraiti ilə əlaqədar bu il fevralın 4-də aran bölgəsində 9 və11 sinif şagirdləri üçün keçiriləcək sınaq imtahanları da təxirə salınıb. B. Hüseynzadə deyib ki, imtahanların vaxtı ilə bağlı əlavə məlumat veriləcək.