“Bu, həqiqətən Bakodursa, onu deyə bilərəm ki, o çox səviyyəsiz bir insandır”

“Bu, həqiqətən Bakodursa, onu deyə bilərəm ki, o çox səviyyəsiz bir insandır”
Bütün Xəbərlər
03:03 03.09.2011
1579

Xəbər verdiyimiz kimi, ötən gün “Twitter” sosial şəbəkəsində maraqlı hadisə baş verib.

AZXEBER.COM xəbər portalının əməkdaşı Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Sahakyanla mübahisə edib. Sahakyan “Twitter”dəki mikro bloqunda bildirib ki, Azərbaycan Dağlıq Qarabağı əbədi olaraq itirib. Əməkdaşımız da öz növbəsində Sahakyana Qondarma DQR-nı dünyanın heç bir ölkəsi tanımadığını deyib və onu realist olmağa çağırıb. (Xəbəri bu linkdən oxuyun: https://azxeber.com/index.php?action=static_detail&static_id=7972)

Məsələ ilə bağlı Qafqaz Universitetinin Beynəlxalq Hüquq Kafedrasının Müdiri, politoloq Fərhad Mehdiyev AZXEBER.COM-a öz münasibətini bildirib: Ermənilər məharətlə yalan danışan insanlar deyillər. Onlarda bu sahədə peşəkarlıq yoxdur. Sadəcə, ermənilər ağa qara deyə bilən və şəxsiyyəti olmayan bir millətdir. Yazıda da oxuduğumuz kimi Bako yalan danışır və NATO-nun tanıdığını iddia edir. Təbii ki, bu absurddur. O onu deyə bilərdi ki, 1994-cü ildə Bişkek müqaviləsində bir neçə ölkənin Dağlıq Qarabağı tanıması barəsində müqavilələr var. Bu ağlabatan bir şey ola bilərdi. Ancaq, qondarma respublikanın prezidentinin bu cür cılız cavabları heç də təəccüblü deyil. Yəni bu, həqiqətən, Bakodursa, onu deyə bilərəm ki, o çox səviyyəsiz bir insanadır. Təbii ki, "Twitter" bu cür söhbətlərin həll ediləcəyi platforma deyil. İkincisi, onun burada danışıq üslubuna nəzər yetirsəniz, görərsiniz ki, o burada heç bir siyasətçiyə yaraşmayacaq tərzdə əxlaq normalarından kənarlaşıb. Ancaq bu üslub tərzi Bako Şakyana yaraşır.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR