Bu il məcburi köçkünlər üçün yeni qəsəbə salınacaq

Bu il məcburi köçkünlər üçün yeni qəsəbə salınacaq
Bütün Xəbərlər
00:13 12.04.2013
1046

"Ötən il Azərbaycanda 20 minə yaxın məcburi köçkün, yəni 4 minə yaxın ailə üçün yeni yaşayış binaları tikilib".

APA-nın məlumatına görə, bu sözləri Mingəçevir şəhərində məcburi köçkünlərlə görüş keçirən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə müsahibəsində deyib. Əli Həsənov qeyd edib ki, qarşıdakı yaxın 3-4 ildə ölkədə ağır şəraitdə yaşayan bütün məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görüləcək: "Hər il ölkədə 4 minədək ailə üçün yeni evlər tikilir. Ölkə prezidenti İlham Əliyevin göstərişinə əsasən Bakı şəhərindəki yataqxanalardan 120 min məcburi köçkünün köçürülməsi və onlar üçün müəyyən iş yerlərinin yaradılması məqsədilə yeni yaşayış massivinin salınması nəzərdə tutulur. Bu məqsədlə Abşeron rayonunun Qobu qəsəbəsində 500 hektar torpaq sahəsi ayrılıb. Bundan əlavə hazırda 9 şəhər və rayonda məcburi köçkünlər üçün yaşayış evləri inşa edilir. Mingəçevirdə 20 minə yaxın məcburi köçkün yaşayır. Mingəçevirdə artıq 502 ailə üçün 10 ədəd 9 mərtəbəli binadan ibarət yaşayış kompleksinin inşası başa çatdırılıb və yaxın günlərdə məcburi köçkünlər yeni mənzillərlə təmin olunacaq. İlk öncə bu şəhərdə yaşayış şəraiti daha ağır olan ailələr yeni evlərlə təmin olunacaq. Ölkədə 6 minə yaxın məcburi köçkün vaxtilə yerli icra nümayəndələri tərəfindən rayon və şəhərlərdə boş, yaşayış olmayan evlərdə yerləşdiriliblər. Hazırda onların da yeni evlərlə təmin olunması prosesi davam edir. Bugünədək artıq 40-dək belə məcburi köçkün ailəsi yeni evlərə köçürülüb”. Komitə sədri məlumat üçün bildirib ki, 2011-2013-cü illərdə 2 milyon kvadratmetr sahəsi olan, 31 min mənzildən ibarət və bütün sosial-texniki infrastruktura malik olan 78 müasir qəsəbə salınıb, 140 minədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. 2013-cü ildə daha 4 min ailə, yəni 20 minə yaxın məcburi köçkün üçün daha 8 qəsəbə və məhəllə salınacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-nin Luiziana ştatında atışmada azı səkkiz uşaq ölüb, yaralananlar var
21:56 19.04.2026
ABŞ-nin Luiziana ştatında atışmada azı səkkiz uşaq ölüb, yaralananlar var
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18:42 19.04.2026
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
18:26 19.04.2026
Lənkəranda avtomobil təmiri sexində partlayış olub