ABŞ-ın baş xəzinədarı postuna gətirilməsi planlaşdırılan şəxs amerikalıların hiddətinə səbəb olub.AZXEBER.COM-un məlumatına görə, onlar Jak Levin imzasını "gülünc" adlandırıb. Xəzinədarlıq tərəfindən yeni buraxılacaq dollar əskinaslarının üzərində Levin imzasının olacaq olması amerikalıları kefini pozub. Çünki bu imzanın adi imzalardan fərqli olaraq sahibinin adı və ya soyadının hərflərindən deyil, "uşaqsayağı" cızmaqaradan ibarət olduğunu düşünürlər.Ölkə vətandaşları onun imzasını tez zamanda dəyişməsini istəyirlər.Baş xəzinədar postuna namizədin imzası ilk dəfə deyil ki, müzakirə mövzusu olur. Belə ki, 2011-ci ildə Ağ evdə gündəlikləri imzalayarkən onun imzası görünmüşdü və uzun müddət müzakirələrə səbəb olmuşdu.