‘Bu işlərin də altında Kərimov Əli yatır’ - CAVAB

‘Bu işlərin də altında Kərimov Əli yatır’ - CAVAB
Bütün Xəbərlər
11:37 11.01.2013
1356

Xəbər verdiyimiz kimi, eks prezident Əbülfəz Elçibəyin ailəsi mərhumun zəhərlənməsi ilə bağlı məsələ qaldıran şəxsləri, eləcə də Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevi məhkəməyə verməyə hazırlaşır.

AZXEBER.COM-un məlumatına görə, Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev bu barədə ANS-ə açıqlamasında bildirib.

Məsələ ilə bağlı AZXEBER.COM portalı Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin münasibətini öyrənib. Partiya sədri Əbülfəz Elçibəyin qardaşıvAlmurad Əliyevin onu məhkəməyə verməsini normal qarşılayıb: 

“Xəbərim var bu haqda. İndi Almuraddı da, yatır-durur bir şey fikirləşir. Mən çox şad olardım ki onlar məni məhkəməyə verərdi. Görünür ailə də qorxur müəyyən məsələlərə görə. Çünki hazırda cinayət işi davam edir və ailənin də səhlənkarlığı bu ölümün əsas səbəblərindəndir. Artıq hüquq mühafizə orqanları bu işlə çox ciddi məşğuldular. Bu işlərin də altında Kərimov Əli yatır ”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR