Bu klubun bütün futbolçularında koronavirus aşkarlandı - Hamı karantinə alındı

İDMAN
18:19 02.06.2020
950

Ukraynanın "Karpatı" klubunda koronavirusa kütləvi yoluxma hadisəsi baş verib.

Bununla əlaqədar komanda karantin altına alınıb.

Klub yoluxma sayını açıqlamasa da, yerli mətbuat 26 nəfərdə koronavirus aşkarlandığını yazıb.

Məlum məsələyə görə, "Karpatı"nın Ukrayna Premyer Liqasının XXIV turunda "Mariupol"la keçirməli olduğu oyun qeyri-müəyyən müddətədək təxirə salınıb.

Qeyd edək ki, Ukrayna çempionatı mayın 30-da bərpa olunub.

OXŞAR XƏBƏRLƏR