Bu ölkədə də mitinqlər başladı

Bu ölkədə də mitinqlər başladı
DÜNYA
03:06 18.11.2026
67
Slovakiyada liberal müxalifət partiyaları tərəfindən hökumət əleyhinə kütləvi mitinqlər keçirilib.

Bu barədə "Dennik N" xəbər portalının məlumatında deyilir.

Ən böyük mitinq təxminən 25.000 iştirakçının iştirak etdiyi Bratislavada baş tutub. Mitinqdə çıxış edən təşkilatçılar 2027-ci ilin sentyabrında Slovakiyada keçiriləcək parlament seçkilərindən əvvəl liberal partiyalar arasında daha sıx əməkdaşlığa çağırıblar.

Qeyd edək ki, mitinqlər 17 noyabr - Slovakiyada Totalitarizmə Qarşı Mübarizə Gününə təyin edilib. 1989-cu ilin bu günü Çexoslovakiyada "Məxməri İnqilab”ın başlanğıcı oldu və nəticədə Kommunist Partiyası ölkədə hakimiyyəti itirdi.

Xatırladaq ki, Fransada bu gün ümumölkə aksiyası keçirilib.

///axar.az
OXŞAR XƏBƏRLƏR