Bəzən bizə adi gələn bəzi vərdişlər başqa bir ölkədə cərimələnməyimizə səbəb ola bilər. Bəzi ölkələrdə polisdən cəza almaq üçün quşları yemləmək, çimərlikdə öpüşmək və sairə kifayətdir.AZXEBER.COM dünyanın mütəlif ölkələrdə qarşılaşa biləcəyiniz ən maraqlı və qeyri-adi cəzalarını təqdim edir.SaqqızSinqapurda saqqız çeynəmək, onu asfalta atmaq olmaz. Saqqız gətirmək, çeynəmək, onu atmağa görə 500 sinqapur dolları cərimə ala bilərsiniz. Saqqız qadağası 1992-ci ildən mövcuddur. Bu yolla hakimiyyət küçələrin, lift və asfaltın çirklənməsi ilə mübarizə aparır.Metroda yemək, qırmızı işıqda yolu keçmək də bu qədər cərimə deməkdir.Şokoladlı yumurtaABŞ-a şokoladlı yumurta olan Kinder sürpriz aparmaq olmaz. Cərimə 300 dollardır. Qanunvericiliyə görə, qeyri-qida məhsulları, kiçik detallar qidanın içində ola bilməz.Öpüşə qarşıVyanada 2013-cü ilin payızından metroda öpüşmək qadağandır. Öpüş, metroda qulaqcıqsız musiqi dinləməyə görə cərimə 50 avrodur. İndi şəhər rəhbərliyi bütün ictimai nəqliyyatda öpüşü qadağan etməyi planlaşdırır.Açıq-aşkar öpüşmək nəinki Avstrya paytaxtında, müsəlman ölkələrində - Səudiyyə Ərəbistanı, Malayziya kimi ölkələrdə də qadağandır. İndoneziyada bu qaydanı pozanlar 300 min rupi və ya 10 il azadlıqdan məhrumolma ilə cəzalana bilərlər.ÇılpaqlıqBəzi ölkələrdə turistin açıq-saçıqlığı, məsələn, açıq çimərlik geyimi, çimərlikdə intim münasibət, nudiizm başına bəla ola bilər. Ərəb Əmirliyinə qadınlara açıq-saçıq çimərlik geyimində olmaq, kişilərin dar çimərlik geyimi geyinməsi, yerli qadınlarla birgə günəşlənməsi, razılıq olmadan foto çəkiliş, ədəbsiz geyinmək, içmək, söymək, ailələr istirahət edən yerdə top oynamaq qəti qadağandır. Qadınlara şəhər küçələrində bədənlərinin müxtəlif nayihələrii açıq gəzmək olmaz.İntin münasibət isə məhkəmə,cərimə, həbs, deportasiyaya səbəb ola bilər. Çimərlikdə seks Türkiyə, Yunanıstan, Misir,Tayland,İtaliya, İspaniya kimi ölkələrdə də cərimə və həbslə nəticələnə bilər.Sakitliyə qarşıAxşamlar turistlər əylənmək istəyirlər. Amma bu heç də hər yerdə mümkün deyil. Hündürdən oxumaq, oynamaq, musiqi alətində çalmaq, hətta yüksək səslə televizora baxmaq cərimə ödəməyinizə səbəb ola bilər. Məsələn, Türkmənistanda saat 23:00-dan saat 07:00-a kimi səs-küy salmaq olmaz. Almaniyada saat 22:00-dan 06:00a kimi ölüm sükutu olmalıdır. Hətta duş qəbulu zamanı səs-küy qonşuların polisə şikayəti ilə nəticələnə bilər. Bəzən cərimə 10 min avroya kimi yüksəlir.Mavritaniyada səhər saatlarında belə pritoxnek vasitələrdən istifadə 3000 rupi cərimə, 10 sutka həbsə səbəb olar.Daşıma qaydasıHər ölkənin gömrük qaydaları fərqlidir. Bəzən onlar absurd ola bilər. Məsələn, Nigeriyada qazlı və mineral içki, piyvə, diş məcunu gətirmək olmaz. Avstraliyaya süd məhsulları, yumurta tərkibli məhsullar, ət və ət məhsulları, təzə meyvə tərəvəz,şəkər tozu, biomateriallar, çiy balıq gətirmək olmaz. Əgər bunlardan hər hansı sizin çemodanınızda olsa 250–1800 avstraliya dolları cərimələnə, məhkəmə qarşısına çıxarıla bilərsiz.Bayraq və pulun təhqiriƏgər pul vahidinin üzərində kral, rəhbərin şəkli varsa onunla xüsusi rəftar etmək lazımdır. Məsələn Taylandda pulu tapdamaq, əksinazı korlamaq qadağandır. Kral ailəsinin istənilən şəkli - istər pulda, istərsə də qəzet, jurnalda olsun korlamaq qadağandır. Pulu arxa cibdə gəzdirməkdə monarx ailəsinə təhqirdir.Meksikada isə bayrağı qorumaq labüddür. Belə ki, son olaraq müğənni Paulina Rubio çılpaq bədənində bayraqla şəklə görə, 52 600 peso (более 137 000 руб.) cərimələnib. İtaliyada isə bayrağı təhqir edənləri 1000 - 5000 avro cərimə gözləyir.Heyvanları yemləmək olmazBizə zərərsiz görünən bu vərdiş xaricdə pul itirməyimizə əbəb olar. Tanzaniyada milli parklarda heyvana yem vermək qəti qadağandır. Taylandda isə filləri yemləmək olaz. Yerlilər bunun heyvanların qida rejimini pozduğunu düşünürlər. Bundan əlavə, heyvanlar ac olanda təhlükəli ola, zərər yetirə bilərlər. Cərimə turist üçün 310 dollar, təlimçi üçün isə 6 aylıq həbs deməkdir.Misirdə dənizdə balıqları yemləmək, balıq tutmaq qəti qadağandır. Buna görə turist 15, otel və ya su hövzəsinin məxsusu olduğu mərkəz isə 15 000 — 50 000 dollar cərimə ödəyə bilər.Venesiya, Florensiya,Cenevrə,Paris,London,Helsinkidə meydanlarda göyərçinlərə yem vermək olmaz. Çünki onlar abidələr və tikililəri korlayırlar. Venesiyada abidələrin kosmetik təmiri hər vergi ödəyicisinə ildə 275 avroya başa gəlir. Əlində günəbaxan tumu ilə tutulan turist isə 50-600 avrosundan keçməli olacaq.