İraqda "Hemorragik qızdırma" virusundan 12 nəfər ölüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, paytaxt Bağdadda keçirilən mətbuat konfransında İraq Səhiyyə Nazirliyinin sözçüsü Seyf Bədir ölkə daxilində "hemorragik qızdırma” virusundan 12 nəfərin öldüyünü, 55 nəfərin isə yoluxduğunu bildirib.
Səhiyyə Nazirliyinin sözçüsü Bedir bildirib ki, İraqda mal-qaranın xüsusilə əlverişsiz şəraitdə yetişdirildiyi ərazilərdə hemorragik qızdırma müşahidə olunur:
"Bu virus 1970-ci illərdən bəri müşahidə edilir. Bu yoluxmalar İraqda maldarların yerləşdiyi ərazilərdə hər il müşahidə oluna bilər”.
Ayşən