Bu məhsullar payızda bahalaşacaq - Səbəbi məlum oldu

Bu məhsullar payızda bahalaşacaq - Səbəbi məlum oldu
İQTİSADİYYAT
17:19 08.08.2024
1114
Hazırda ölkə bazarlarında meyvə və tərəvəzin mövsümi qiymətlərdən olduqca baha satılması müşahidə olunur. Qiymət artımı daha çox pomidor, xiyar kimi tərəvəzlərdə, o cümlədən bir çox mövsümi meyvələrdə özünü göstərir. Satıcılar qiymətlərin yüksək olmasını müxtəlif səbəblərlə izah edirlər. Lakin görünən odur ki, yayın sonuna kimi, ucuzlaşma gözlənilən deyil.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, hazırda kənd təsərrüfatı məhsulları üçün olduqca əlverişsiz hava şəraiti davam etməkdədir:

"Bahalığın əsas səbəbi kənd təsərrüfatı üçün qeyri-sabit və əlverişsiz hava şəraitinin davam etməsidir. Hələ avqust ayıdır, amma ardıcıl bir həftə yay havası görmürük. Yağış, dolu, külək bütün bitkilərin yerüstü hissələrini zədələyir, üzərindəki meyvəni tökür. Buna görə də ölkə ərazisində bostan-tərəvəz bitkilərinin məhsuldarlığı aşağı düşüb. Bu səbəbdən də bazarda bostan bitkilərinin qıtlığı müşahidə olunur. Bu qıtlıq bazardakı qiymətlərə təsir edir, meyvə-tərəvəzin qiymətlərinin bahalaşmasına gətirib çıxarır. Ölkə bazarlarında tələb təklifi üstələyir. Tələb çoxdur, təklif isə olduqca azdır. Belə bir şəraitdi təbii olaraq, qiymət bahalaşır”.

Ekspertin fikrincə, hazırki bahalaşma tendensiyası payız aylarında da davam edəcək:

"Üstəgəl, keçən illə müqayisədə bu il qiymətlər bir qədər artıb. Bütün məhsullarda bu artım özünü göstərir. Yəni köhnə, ənənəvi təsirlər yerində qaldığı halda, hava şəraitinin zərərləri də bura əlavə olunur. Bu zərərlər il boyu öz təsirini göstərəcək. Yay mövsümü artıq başa çatır və biz hələ bolluq görməmişik. Payız aylarında da eyni tendensiya davam edəcək. Çünki payızda yetişən meyvələr hazırda kal şəkildə ağacların üzərindədir. Onlar da eyni hava şəraitində həmin zərərli görüb. Bu səbəbdən bahalaşma bizi payızda da gözləyir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
01:56 15.08.2026
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
Hörmüzün açılması üçün şərtləri açıqladı
01:21 15.08.2026
Hörmüzün açılması üçün şərtləri açıqladı
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
00:54 15.08.2026
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
Özünü hər sahədə göstərə bilən bürclər
00:42 15.08.2026
Özünü hər sahədə göstərə bilən bürclər
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır