"Bu meydan, bu ekran...."

MƏDƏNİYYƏT
17:39 24.05.2012
1968
Mədəniyyət və Turizm Nazirliyi «Bu meydan, bu ekran – 2012» kino layihələri müsabiqəsini elan edir. AZXEBER.COM-un nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək, kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini stimullaşdırmaq, vətənə məhəbbət və ümumbəşəri dəyərləri təbliğ edən gənc müəllifləri aşkar edib onlara dəstək vermək, həmçinin kinoda rəqabət tendensiyalarını gücləndirmək məqsədilə keçirilir.Müsabiqədə film istehsalı ilə məşğul olan dövlət və müstəqil studiyalar, şirkətlər, eləcə də ayrı-ayrı gənc kinematoqrafçılar fərdi qaydada iştirak edə bilər.Müsabiqənin şərtlərinə görə, kino layihəsinin rejissoru 35 yaşa qədər kinematoqrafçı olmalıdır və müsabiqəyə təqdim olunan sənədlər eyni deviz altında olan iki bağlı zərfdə 2012-ci il aprelin 30-dək Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunur.

OXŞAR XƏBƏRLƏR