Bu müəllimlərə maaşdan əlavə pul veriləcək

Bu müəllimlərə maaşdan əlavə pul veriləcək
SOSİAL
13:00 04.11.2026
273
2027-ci ildə kənd rayonlarındakı məktəblərə işə cəlb olunan gənc mütəxəssislərin həvəsləndirilməsi üçün 20,9 milyon manat ayrılması planlaşdırılır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda bildirilib.

Tədbirlər pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 12,6 mindən çox gənc mütəxəssisi əhatə edir.

Vəsait onların yol və əmlakın daşınması xərclərinə, ilkin yaşayış şəraitinin yaradılmasına, kommunal xidmətlər və yaşayış yerinin kirayəsi üzrə kompensasiyalara, həmçinin aylıq əməkhaqqına əlavələrin ödənilməsinə yönəldiləcək.
OXŞAR XƏBƏRLƏR