“Bu münaqişə bizim təkcə İtaliya ilə yox, heç bir ölkə ilə münasibətlərimizə təsir etməyəcək”

“Bu münaqişə bizim təkcə İtaliya ilə yox, heç bir ölkə ilə münasibətlərimizə təsir etməyəcək”
SİYASƏT
10:53 04.11.2020
472

Bu bir aydan çox müddətdə mən dəfələrlə demişəm və bir daha təkrar edə bilərəm ki, Ermənistanın baş naziri yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bu gün dayanmağa hazırıq.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın "La Republica” qəzetinə müsahibəsində jurnalistin müharibə daha çox qanın tökülməsinə səbəb olarsa, bunun İtaliya ilə tərəfdaşlığa təsir edə bilərmi deyə sualını cavablandırarkən deyib.

"Mən belə hesab etmirəm. Birincisi, mən düşünürəm ki, müharibə nə qədər tez qurtarsa, bir o qədər də yaxşı olar. Biz belə bir təklif irəli sürdük və bizim təklifimiz çox konstruktiv idi. Bu bir aydan çox müddətdə mən dəfələrlə demişəm və bir daha təkrar edə bilərəm ki, Ermənistanın baş naziri yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bu gün dayanmağa hazırıq. Hələ ki, o, üzərinə belə bir öhdəlik götürməyib. Kompromislər haqqında ona sual verildikdə o, həmişə öz müqəddəratını təyinetmədən danışır. Lakin öz müqəddəratını təyinetmə onların getməli olduğu kompromis deyil. Onların kompromisi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və əsas prinsiplərin icrasına müvafiq olaraq işğal olunmuş bütün ərazilərin boşaldılması olmalıdır. Əsas prinsiplərdə deyilir ki, əvvəlcə beş rayon, sonra da iki rayon boşaldılmalıdır. Biz artıq dörd rayonu birtərəfli qaydada azad etmişik. Buna görə də o, deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir. Lakin o, bəyanat vermir. Bu, onu göstərir ki, o, müharibənin dayanmasını istəmir. Biz hazırıq, bu, birincisi. Mən bunun bizim tərəfdaşlarla hər hansı mürəkkəblik yaradacağını düşünmürəm.

İtaliya ilə bizim xüsusi münasibətlərimiz var. Biz Strateji Tərəfdaşlıq Sənədi adlanan sənədi imzalamışıq. Mən pandemiyadan əvvəl İtaliyaya rəsmi səfər etmişdim, o, çox uğurlu olmuşdur və biz böyük planlarla geriyə, evə döndük. Mən əminəm ki, biz bu planları icra edəcəyik, baxmayaraq ki, pandemiya onlara bir az müdaxilə etdi. Lakin bu planlar əsasən enerji sektoru ilə əlaqəli deyildi. Düşünürəm ki, biz enerji istiqamətində bütün planlaşdırdıqlarımızı icra etdik. Hesab edirəm ki, bu gün İtaliya neft təchizatına görə bizim üçün əsas ticarət tərəfdaşıdır. Tezliklə biz TAP-ın açılışını qeyd edəcəyik və bununla da Cənub Qaz Dəhlizi tamamlanmış olacaqdır. Üstəgəl, bir çox italyan şirkəti uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Biz podratçı qismində daha çox italyan şirkətlərini dəvət etməyi planlaşdırırıq. Yeri gəlmişkən, burada onlar neft-kimya məhsulları üzrə bir çox önəmli layihələri tamamlamışdılar və biz Prezident Mattarella ilə birlikdə açılış mərasimində iştirak etmişik. Buna görə mən əminəm ki, bu münaqişə bizim təkcə İtaliya ilə münasibətlərimizə yox, heç bir ölkə ilə münasibətlərimizə təsir etməyəcək. Mən bundan əminəm”,- deyə president İlham Əliyev qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda dəm qazından boğulan şəxs şəhid qardaşı imiş
00:56 12.10.2026
Sumqayıtda dəm qazından boğulan şəxs şəhid qardaşı imiş
İnsanların qeyri-adi dərəcədə uzun ömür sürdüyü "mavi zona"
00:46 12.10.2026
İnsanların qeyri-adi dərəcədə uzun ömür sürdüyü "mavi zona"
Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? - Video
00:34 12.10.2026
Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? - Video
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
00:28 12.10.2026
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Sevgidən başlarını itirəcəklər – Üç BÜRCƏ aiddir
00:18 12.10.2026
Sevgidən başlarını itirəcəklər – Üç BÜRCƏ aiddir
Netanyahu İran, Qəzza və Livandakı vəziyyətlə bağlı təhlükəsizlik müşavirəsi çağırıb
00:09 12.10.2026
Netanyahu İran, Qəzza və Livandakı vəziyyətlə bağlı təhlükəsizlik müşavirəsi çağırıb
Bahalı avtomobillər niyə qəfildən yanır? - VİDEO
00:03 12.10.2026
Bahalı avtomobillər niyə qəfildən yanır? - VİDEO
Hava soyuyan kimi dəm qazının törətdiyi faciələr artır - VİDEO
23:56 11.10.2026
Hava soyuyan kimi dəm qazının törətdiyi faciələr artır - VİDEO
İsrail ordusu Livanın cənubunda şübhəli hava hədəfinə qarşı raket buraxıb
23:50 11.10.2026
İsrail ordusu Livanın cənubunda şübhəli hava hədəfinə qarşı raket buraxıb
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
23:44 11.10.2026
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir
23:34 11.10.2026
Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir
Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində 6 nəfər həlak olub
23:28 11.10.2026
Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində 6 nəfər həlak olub
“Slaviya” Bakıda
23:14 11.10.2026
“Slaviya” Bakıda
Oman sahillərində tankerə PUA hücumu olub, 2 hindistanlı dənizçi itkin düşüb
23:03 11.10.2026
Oman sahillərində tankerə PUA hücumu olub, 2 hindistanlı dənizçi itkin düşüb
Zelenski Rusiya ilə enerji atəşkəsinə hazır olduqlarını açıqlayıb
22:57 11.10.2026
Zelenski Rusiya ilə enerji atəşkəsinə hazır olduqlarını açıqlayıb
Sənədsiz evlərə necə çıxarış almaq olar? - VİDEO
22:46 11.10.2026
Sənədsiz evlərə necə çıxarış almaq olar? - VİDEO