"Bu obyektdə siçanla yanaşı pişik də var imiş..." - Yeni açıqlama

"Bu obyektdə siçanla yanaşı pişik də var imiş..." - Yeni açıqlama
SOSİAL
13:14 07.10.2024
367
Metronun "Ulduz” stansiyasının yaxınlığında yerləşən "Zülfi Ustanın” obyektində pirojki satılan yerdə siçovulun olması və obyektin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı məlumat vermişdik. 

AZXEBER.COM-un məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələ ilə bağlı daha bir məlumat yayıb.

"Mediada yayılan video görüntülər əsasında Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 132 ünvanında yerləşən, fiziki şəxs Vəliyev Zülfü Rəşid oğluna məxsus "Zülfü Ustanın Dönəri” ictimai iaşə obyektində keçirilmiş plandankənar yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi və bir sıra ciddi nöqsanlar aşkarlanıb. Həmçinin qida obyektində müxtəlif həşəratlar və ev heyvanı (pişik) müşahidə edilib.

Baxış zamanı obyektdə tullantılar üçün ağzı kip bağlanan və qoxu yaymayan qablardan istifadə edilmədiyi, emal sahəsində tavanın tamlığının pozulduğu, divarların gigiyenik materialla üzlənmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, müvafiq geyim forması və fərdi mühafizə vasitələri ilə təmin olunmadığı, qida məhsullarının və avadanlıqların yuyulması üçün yuma çanağının mövcud olmadığı, təmizlik inventarlarının və yuyucu maddələrin saxlanılması, eləcə də işçilər üçün ayrıca sahənin təşkil edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, kanalizasiya xətlərinin izolyasiya edilmədiyi və digər nöqsanlar müəyyən olunub. Müayinələrin aparılması məqsədilə istehlaka hazır qidalardan (toyuq dönəri, kartoflu peraşki) nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisədə işlərin görülməsinin və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul olunub, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib”, - məlumatda qeyd edilib. 
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
01:15 24.08.2026
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
00:33 24.08.2026
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
Bu həftə bu bürclər üçün uğurlu olacaq
00:28 24.08.2026
Bu həftə bu bürclər üçün uğurlu olacaq
Bu ərazilərdə işıq olmayacaq
00:21 24.08.2026
Bu ərazilərdə işıq olmayacaq
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
00:07 24.08.2026
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
23:48 23.08.2026
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
23:33 23.08.2026
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
23:24 23.08.2026
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
23:20 23.08.2026
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
23:10 23.08.2026
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
23:08 23.08.2026
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
Xətaidə yaşayış binasında yanğın - VİDEO
22:59 23.08.2026
Xətaidə yaşayış binasında yanğın - VİDEO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
22:47 23.08.2026
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
22:34 23.08.2026
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
22:31 23.08.2026
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
22:10 23.08.2026
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist