“Bu, qəza təhlükəsi yarada bilər” – Ekspertdən XƏBƏRDARLIQ

“Bu, qəza təhlükəsi yarada bilər” – Ekspertdən XƏBƏRDARLIQ
SOSİAL
12:19 18.09.2026
617

Məlum olduğu kimi, Bakıda bəzi vətəndaşların sürücülərin daha qısa yolla hərəkət etməsi üçün yol nişanlanmasına qanunsuz müdaxilə etdiyi müəyyənləşib. 

Belə ki, Sabunçu rayonu Maştağa qəsəbəsində yolun düz xəttinin boya ilə qırıq-qırıq xəttə çevrildiyi aşkarlanıb. Bildirilir ki, bu dəyişiklik sürücülərin həmin ərazidə daha rahat dönməsi məqsədilə edilib. 

Yol nişanlanmasına bu cür özbaşına müdaxilə isə yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə bağlı suallar yaradır. 

Maraqlıdır, yolun düz xəttinin qırıq-qırıq xəttə çevrilməsi nəqliyyatın hərəkətinə və yol təhlükəsizliyinə necə təsir edə bilər?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan nəqliyyat eksperti Naqif Rauf oğlu bildirib ki, yol xəttinin özbaşına dəyişdirilməsi düzgün deyil və təhlükəli vəziyyət yarada bilər:

"Bu məsələ ilə bağlı əsas məqam odur ki, vətəndaş yolun xəttini özbaşına dəyişə bilməz. Əgər həmin ərazidə belə bir dəyişiklik məqsədəuyğundursa, vətəndaş bunu aidiyyəti qurumlara təklif kimi təqdim etməlidir. Mətbuat da belə məsələləri işıqlandıra bilər. Məsələn, həmin ərazidə belə bir təklifin olduğunu və bunun sürücülər üçün daha uyğun, daha qısa məsafə yarada biləcəyini gündəmə gətirmək olar. Hazırda həmin ərazini tam şəkildə incələməmişəm və orada dönmənin nə dərəcədə aktual olduğunu, məsafəni nə qədər qısaltdığını dəqiq deyə bilmərəm. Bəzən məsafəni qısaltsa belə, təhlükəsizlik baxımından uyğun olmadığı üçün belə dəyişikliklər edilmir”.


Ekspert qeyd edib ki, belə dəyişikliklərlə bağlı qərarı yalnız aidiyyəti qurumlar verə bilər: 

"Burada əsas məsələ odur ki, bu, kiminsə özbaşına edə biləcəyi bir şey deyil. Əgər belə bir təklif varsa, aidiyyəti qurumlar əraziyə baxış keçirib bunu qiymətləndirə bilərlər. Uyğun olduğu halda həmin ərazidə müvafiq yol nişanları quraşdırılmalıdır. Əgər hərəkət axınının yüksək olduğu yerdirsə, qarşı tərəfdən gələn sürücülər də burada dönmənin olduğunu əvvəlcədən bilməlidirlər. Hətta bəzi hallarda svetofor və ya əlavə nizamlayıcı vasitələr də tətbiq oluna bilər”. 

Naqif Rauf oğlu bildirib ki, yol xəttinin özbaşına dəyişdirilməsi qəza təhlükəsi yarada bilər: 

"Çünki qarşıdakı sürücünün dönəcəyini əvvəlcədən göstərən nişan olmadıqda, digər sürücü onun qəfil əyləcləyərək dönmək istəyəcəyini gözləməyə bilər. Bu isə qəza təhlükəsi yaradır. Eyni zamanda, sürücü dönmək istəyərkən qarşı tərəfdən gələn nəqliyyat axınının vəziyyəti də nəzərə alınmalıdır. Qarşıdan gələn nəqliyyat vasitəsinə yol verilməli, yalnız yol təhlükəsiz və boş olduqda dönmə həyata keçirilməlidir”. 

Ekspert vurğulayıb ki, belə məsələlər yol hərəkətinin təhlükəsizliyi baxımından əvvəlcədən araşdırılmalıdır:

"Bu, birbaşa yol hərəkəti təhlükəsizliyi məsələsidir. Bəzi ərazilərdə belə hallara görə nəqliyyat vasitələrinin hərəkət sürəti də nizamlanır. Həmçinin piyadaların keçidi ilə bağlı elə uyğun şərait yaradıla bilər ki, həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkəti daha təhlükəsiz təşkil olunsun. Ona görə də belə məsələlər əvvəlcədən araşdırılmalı və ölçülməlidir. Bəzi ərazilərdə bunun üçün əlavə nizamlayıcıların təyin edildiyini də görürük. Belə yerlər mövcuddur”. 

Nəqliyyat eksperti vətəndaşlara yol nişanlanmasına özbaşına müdaxilə etməməyə çağırıb:

"Bir daha qeyd edirəm ki, bununla bağlı aidiyyəti qurumlara müraciət etmək lazımdır. Mətbuat da məsələni işıqlandıra bilər. Qurumlara yazılı müraciət edildikdən sonra həmin əraziyə baxış keçirilib məsələ dəyərləndirilə bilər. Məsələn, vətəndaş müraciət edə bilər ki, müəyyən ərazidə yol hərəkətinin belə təşkil olunması daha məqsədəuyğun olar və bundan onlarla, hətta yüzlərlə sürücü faydalana bilər. Bu təklifə aidiyyəti qurumlar tərəfindən baxıla bilər. Amma yol xəttini özbaşına dəyişmək və istənilən formada hərəkət etmək düzgün deyil. Bu, birbaşa təhlükəli vəziyyət yarada bilər”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dominikanda Azərbaycanın Zəfər Günü münasibətilə ilk mədəniyyət tədbiri təşkil edilib
09:21 07.11.2026
Dominikanda Azərbaycanın Zəfər Günü münasibətilə ilk mədəniyyət tədbiri təşkil edilib
Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək
09:11 07.11.2026
Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək
Tramp: ABŞ seçkilərin nəticələrinə görə 3 trilyon dollar itirib
09:04 07.11.2026
Tramp: ABŞ seçkilərin nəticələrinə görə 3 trilyon dollar itirib
Portuqaliya millisinin məşqçisi Ronaldunun komandadan gedişini şərh edib
08:55 07.11.2026
Portuqaliya millisinin məşqçisi Ronaldunun komandadan gedişini şərh edib
Roma Papası XIV Leo Cənubi Amerikanın üç ölkəsinə səfərə başlayıb
08:49 07.11.2026
Roma Papası XIV Leo Cənubi Amerikanın üç ölkəsinə səfərə başlayıb
Avropadakı aviaşirkətlər daha çox bomba təhdidi ala bilər
08:42 07.11.2026
Avropadakı aviaşirkətlər daha çox bomba təhdidi ala bilər
ABŞ İranın hava hücumundan müdafiə sistemlərinə zərbə endirib
08:33 07.11.2026
ABŞ İranın hava hücumundan müdafiə sistemlərinə zərbə endirib
Sabiq prezident Santyaqo Penya ev dustağı edilib
08:25 07.11.2026
Sabiq prezident Santyaqo Penya ev dustağı edilib
Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
08:16 07.11.2026
Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
Almaniya ordusunda qadın hərbçilərin sayının artırılması planlaşdırılır
08:12 07.11.2026
Almaniya ordusunda qadın hərbçilərin sayının artırılması planlaşdırılır
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
08:06 07.11.2026
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
ABŞ Prezidenti Rusiya-Ukrayna danışıqlarının davam etdirildiyini bildirib
08:00 07.11.2026
ABŞ Prezidenti Rusiya-Ukrayna danışıqlarının davam etdirildiyini bildirib
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
07:53 07.11.2026
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
07:44 07.11.2026
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
“Bu 30 illik imzamı itirib-batırmaq deməkdir” – Günel Natiq AzTV-yə etiraz etdi
07:19 07.11.2026
“Bu 30 illik imzamı itirib-batırmaq deməkdir” – Günel Natiq AzTV-yə etiraz etdi
Pedro Alyana Paraqvayın Prezidenti olub
07:03 07.11.2026
Pedro Alyana Paraqvayın Prezidenti olub