"Bu təhsil deyil, biznesdir" - VİDEO

MAQAZİN
13:24 04.02.2025
137
Müğənni Elvin Abdullayev məktəblərdə keçirilən dərslərin çoxluğundan, o cümlədən məktəbli çantalarının ağırlığından şikayətlənib. 

AZXEBER.COM xəbər verir ki, övladının çantasının ağırlığını çəkən müğənni, həmin görüntüləri sosial şəbəkə hesabında yayımlayıb. 

"Bu qədər kitab- dəftər olar? Uşaq yazıq deyil? Bəzən çanta 5 kiloqramdan da artıq gəlir. Təhsil belə etməklə olmur, bu, biznesdir. Dördüncü sinif şagirdinin çantasının ağırlığına baxın" deyə, Elvin tənqid edib.

Qeyd edək ki, Elvin ailəlidir, onun iki oğulu var.
 
Aysel

OXŞAR XƏBƏRLƏR