Bulvarda konsertdə bədbəxt hadisə: 1 nəfər öldü, 1-nin 'ürəyi getdi' - VİDEO

Bulvarda konsertdə bədbəxt hadisə: 1 nəfər öldü, 1-nin
Bütün Xəbərlər
09:45 22.09.2012
3901
Ötən gecə U-17 qadınlar arası Dünya Çempionatı ilə bağlı Dənizkənarı Milli Parkda keçirilən konsert proqramında ölümlə nəticələnən hadisə baş verib.
Hadisə yerində olan AZXEBER.COM portalının əməkdaşının sözlərinə görə, ailəsi ilə birlikdə konserti izləməyə gələn şəxsİ qəflətən qıcolma tutub.
Hadisə şahidlərin sözlərinə görə, mərhumun qardaşı onun dilinin qatlanmasının ardından kömək etmək istəyib. Ancaq hadisə yerində olan polis əməkdaşları təəcili yardımın gəlməsini və həkimlərin müdaxilə etməsini tələb ediblər. Köməksiz vəziyyətdə yerdə yatan şəxs bir neçə dəqiqə sonra hadisə yerindəcə keçinib.
mərhumun 7 yaşlı bir övladı və həyat yoldaşı da hadisə yerində olub.
AZXEBER.COM portalı olaraq hadisə zamanı çəkilmiş videonu təqdim edir.
OXŞAR XƏBƏRLƏR