Buna görə milli komandadan QOVULDU

Buna görə milli komandadan QOVULDU
İDMAN
19:53 07.05.2026
291
Anastasiya Luçkina sosial şəbəkələrdə yayılan görüntülərə görə qalmaqalla üzləşib.

AZXEBER.COM xəbər verir ki, rusiyalı idmançının nəsli kəsilməkdə olan oranqutana elektron siqaret verdiyi anlar geniş müzakirələrə səbəb olub.
 
Kadrlarda heyvanın elektron siqaretdən istifadə etməsi izləyicilər tərəfindən sərt tənqid edilib.

Baş verən hadisədən sonra boksçunun çıxış etdiyi komanda onunla yollarını ayırmaq qərarı verib. Rəhbərlik idmançının davranışının qəbuledilməz olduğunu bildirib.

Heyvansevərlər və sosial media istifadəçiləri də görüntülərə kəskin reaksiya verərək vəhşi heyvanlarla bu cür davranışın yolverilməz olduğunu vurğulayıblar.

Qeyd edək ki, oranqutanlar dünyada nəsli kəsilmək təhlükəsi altında olan canlılar sırasında yer alır.


OXŞAR XƏBƏRLƏR