Bunu edən sürücülər 40 manat cərimələnəcək - YOL POLİSİNDƏN XƏBƏRDARLIQ

Bunu edən sürücülər 40 manat cərimələnəcək - YOL POLİSİNDƏN XƏBƏRDARLIQ
SOSİAL
16:15 22.11.2019
13784
Havalar soyuduqca, yağışlar yağdıqca yollarda vəziyyət heç də ürəkaçan olmur. Yollardakı su gölməçələri piyadalar üçün problemə çevrilir. Çünki elə sürücülər var ki, yol kənarında dayanan piyadaları belə nəzərə almır. Əksinə sürət həddini daha da yüksəldərək, onların üst-başlarını batırmağa nail olurlar.

Ümumiyyətlə belə halların qarşısını almaqdan ötrü sürücülərə cərimələr tətbiq edilirmi?

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Modern.az-a məlumat verib."Təbii ki, biz hər zaman olduğu kimi, hava şəraitini nəzərə almaqla, sürücülərə tövsiyə edirik ki, yollarda diqqətli olsunlar. Yağışlı hava ilə əlaqədar yollarda su gölməçələri yaranır.

Sürücülərə dəfələrlə xəbərdarlıq edilir ki, yol kənarlarında dayanan piyadaları nəzərə alsınlar, sürət həddini azaltsınlar. Hərəkət iştirakçıları unutmasınlar ki, çirkli suları piyadaların üzərinə sıçratmaq yolverilməzdir. Eyni zamanda, piyadalara da bildirilir ki, hava şəraitinin yağışlı olmasını nəzərə alıb, geyimlərinə fikir versinlər. Sutkanın qaranlıq vaxtında yola çıxarkən imkan daxilində əlvan, xüsusilə də işıqqaytarıcı geyimlər geyinsinlər. Çünki ən azından sürücüləri də nəzərə almaq lazımdır. Gecə vaxtı qara paltar geyinmiş piyadanı sürücü bəzən görmür, nəticədə isə yol nəqliyyat hadisəsinin baş verməsi halı qaçılmaz olur”.

Rüfət Quliyev bildirib ki, sürücülərin piyadaların üzərinə çirkli su sıçratmaları ilə bağlı inzibati məsuliyyət nəzərdə tutulub:
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 1.5 bəndində bu məsələnin həlli öz təsdiqini tapıb. Bununla bağlı sürücü məsuliyyətə cəlb olunmaqla, ona protokol tərtib edilir. Bütün sürücülərin nəzərinə çatdırırıq ki, bu qaydanı pozan hər kəsə 40 manat miqdarında cərimə tətbiq olunacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
22:23 26.10.2026
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Bakıda kütləvi dava - ANBAAN VİDEO
22:13 26.10.2026
Bakıda kütləvi dava - ANBAAN VİDEO
Xarkova hava zərbələri endirilib, ölənlər var
22:10 26.10.2026
Xarkova hava zərbələri endirilib, ölənlər var
Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə!
22:08 26.10.2026
Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə!
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTOLAR
22:02 26.10.2026
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTOLAR
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib - FOTOLAR
22:00 26.10.2026
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib - FOTOLAR
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
21:59 26.10.2026
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb
21:47 26.10.2026
Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb
Rövşən Nəcəf və Canni İnfantino U-15 dünya çempionatının oyunlarını izləyiblər
21:40 26.10.2026
Rövşən Nəcəf və Canni İnfantino U-15 dünya çempionatının oyunlarını izləyiblər
Moskvada hərbi obyektə hücum planlaşdırmaqda şübhəli bilinən iki qafqazlı həbs edildi
21:31 26.10.2026
Moskvada hərbi obyektə hücum planlaşdırmaqda şübhəli bilinən iki qafqazlı həbs edildi
Fransa “Rafale” qırıcılarını 10 Avropa ölkəsində yerləşdirməyi planlaşdırır
21:25 26.10.2026
Fransa “Rafale” qırıcılarını 10 Avropa ölkəsində yerləşdirməyi planlaşdırır
Rusiya Xarkovda yeganə ticarət mərkəzini vurdu
21:19 26.10.2026
Rusiya Xarkovda yeganə ticarət mərkəzini vurdu
"Vatican News"un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib
21:14 26.10.2026
"Vatican News"un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
21:10 26.10.2026
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
Bu gecə “Qızıl top” öz sahibini tapacaq - O getməyəcək
21:04 26.10.2026
Bu gecə “Qızıl top” öz sahibini tapacaq - O getməyəcək
Türkiyədə Ramil Həsənlə Dövlət Bağçalı arasında mühüm görüş - Foto
20:59 26.10.2026
Türkiyədə Ramil Həsənlə Dövlət Bağçalı arasında mühüm görüş - Foto