“Bunu nəzərə almırsınızsa, siz xəyallarla yaşayırsınız”

“Bunu nəzərə almırsınızsa, siz xəyallarla yaşayırsınız”
SİYASƏT
15:31 03.03.2026
1088
"Biz enerji kabelləri - Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birlikdə işləməliyik. Hər iki müqavilə imzalanıb və bir layihədə iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digər layihədə isə bu iş davam edir”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarındakı çıxışı zamanı bildirib.

"Bütün bu layihələrin reallaşacağı zaman onlar çox dayanıqlı olacaq və deyərdim ki, bir çox ölkələrin enerji dəhlizləri üçün ekzistensial əhəmiyyət kəsb edəcək. Alternativ enerji ilə bağlı planlarımız artıq imzalanmış müqavilələrə əsaslanır.

Vurğulamaq istəyirəm ki, bunlar anlaşma memorandumları deyil, müqavilələrdir, beləliklə, tərəflərin müqavilə öhdəlikləri var. Biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik. Əlbəttə ki, bu, böyük aktivdir. Beləliklə, biz onu ixrac etməliyik. Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik.

Bütün bunlar mənim və ABŞ-nin Vitse-prezidenti tərəfindən imzalanan Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasından sonra artıq üzərində iş gedən layihələrdir. Bu Xartiya bir çox sahələri, o cümlədən süni intellekt, enerji, bağlılıq və bir çox digər məsələləri əhatə edir”, - dövlət başçısı qeyd edib.

Prezident vurğulayıb ki, dünyanın ən qüdrətli dövləti Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaşımız kimi çıxış etməsini nəzərə alaraq bizim planlarımızın gerçəkləşməsi tamamilə real görünür: "Biz hidroelektrik stansiyalarına sərmayə yatırırıq. Bu layihələr Ermənistanın işğalından azad edilmiş ərazilərdə icra olunur. Hələ ki, 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemimizə qoşulub. Planlarımız bunu 2-3 ilə təqribən ikiqat artırmaqdır. Bu, bizə əlavə potensial və ucuz enerji verəcək.

Beləliklə, hidroenerji, Günəş enerjisi, külək enerjisi, potensial olaraq termal enerji, - biz hazırda bu məsələni araşdırırıq, - qaz və bütün mümkün kombinasiyalar nəzərdən keçirilir və işin məhz belə aparılması zəruridir. Müzakirə etdiyimiz məsələyə qayıdaraq qeyd edim ki, hətta COP29 çərçivəsində - bu iqlim konfransına ev sahibliyi etdiyimiz zaman da bildirmişdim, baxmayaraq ki, o dövrdəki tendensiya ilə tam uyğun olmadığını anlayırdım, faydalı qazıntı yanacaq növlərini nəzərə almamaq mümkün deyil. Əgər siz qazıntı yanacağını nəzərə almırsınızsa, bu o deməkdir ki, siz xəyallarla yaşayırsınız”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
17:54 17.09.2026
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
İsmayıllı rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi - FOTOLAR
17:51 17.09.2026
İsmayıllı rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi - FOTOLAR
Motosiklet və moped oğurlayan bir qrup yeniyetmə saxlanıldı
17:43 17.09.2026
Motosiklet və moped oğurlayan bir qrup yeniyetmə saxlanıldı
ADNSU-nun PR rəhbəri beynəlxalq “Stevie” mükafatının finalçısı oldu
17:34 17.09.2026
ADNSU-nun PR rəhbəri beynəlxalq “Stevie” mükafatının finalçısı oldu
Goranboyda 22 yaşlı gənc oğlanın meyiti tapıldı
17:29 17.09.2026
Goranboyda 22 yaşlı gənc oğlanın meyiti tapıldı
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"
17:20 17.09.2026
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu - FOTOLAR
17:14 17.09.2026
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu - FOTOLAR
Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir
17:03 17.09.2026
Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir
Tanınmış bloger “Əshabi-Kəhf” paylaşımına görə üzr İstədi - FOTO
16:55 17.09.2026
Tanınmış bloger “Əshabi-Kəhf” paylaşımına görə üzr İstədi - FOTO
"Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil"
16:37 17.09.2026
"Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil"
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"
16:32 17.09.2026
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"
Azərbaycanda zəlzələ oldu
16:26 17.09.2026
Azərbaycanda zəlzələ oldu
Prezident onu təltif etdi - FOTO
16:24 17.09.2026
Prezident onu təltif etdi - FOTO
Xankəndi Avropaya açılır: İlk qardaşlaşma proseduru başladı - FOTOLAR
16:22 17.09.2026
Xankəndi Avropaya açılır: İlk qardaşlaşma proseduru başladı - FOTOLAR
İCMA və AGTL arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
16:19 17.09.2026
İCMA və AGTL arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Azərbaycan xalqının tarixi zəfəri: Birlik, fədakarlıq və ədalət
16:05 17.09.2026
Azərbaycan xalqının tarixi zəfəri: Birlik, fədakarlıq və ədalət