Bürclərə görə sağlamlıqda ən çox diqqət edilməli orqanlar

Bürclərə görə sağlamlıqda ən çox diqqət edilməli orqanlar
MARAQLI
19:37 05.07.2026
381
Astrologiyada bürclərin insan xarakteri ilə yanaşı, fiziki sağlamlığa da təsir göstərdiyi iddia olunur.

Astroloqların fikrincə, hər bürcün müəyyən bədən hissələri daha həssas ola bilər və bu, gündəlik həyat tərzi ilə əlaqələndirilir.

Mövzu ilə bağlı yayılan astroloji məlumatlarda hər bürc üzrə diqqət yetirilməli sağlamlıq zonaları və tövsiyələr təqdim edilib.

Qoç bürcü üçün baş, üz və boyun nahiyəsi həssas hesab olunur. Bu bürcdən olanlara stressdən uzaq durmaq, kifayət qədər su içmək və tələskənlikdən qaynaqlanan xırda zədələrə qarşı diqqətli olmaq tövsiyə edilir.

Buğa bürcündə boğaz, boyun, səs telləri və qalxanabənzər vəzinin daha həssas olduğu bildirilir. Balanslı qidalanma və soyuq havalarda boğazın qorunması ön plana çıxır.

Əkizlər bürcü üçün sinir sistemi, çiyinlər, qollar və ağciyərlər daha həssas nahiyələr sayılır. Mütəmadi yuxu rejimi və nəfəs məşqlərinin faydalı olduğu qeyd edilir.

Xərçəng bürcündə mədə və həzm sistemi ön plandadır. Emosional gərginliyin mədə problemlərinə təsir göstərə biləcəyi bildirilir.

Şir bürcü üçün ürək, bel və onurğa nahiyəsi daha həssas hesab olunur. Həyat tərzində balansın qorunması və yüngül fiziki aktivlik tövsiyə edilir.

Qız bürcü üçün həzm sistemi və bağırsaqların daha həssas olduğu qeyd edilir. Stressin azaldılması və rahatlaşdırıcı fəaliyyətlər önəmli sayılır.
Tərəzi bürcündə böyrəklər, bel və aşağı qarın nahiyəsi daha həssas hesab olunur. Maye qəbuluna diqqət yetirilməsi və ağır yük qaldırmamaq tövsiyə edilir.

Əqrəb bürcü üçün reproduktiv və ifrazat sistemi ön plandadır. Stressin idarə olunması və psixoloji tarazlığın qorunması vacib sayılır.

Oxatan bürcündə qaraciyər, qan damarları və bud nahiyəsi həssas hesab olunur. Müntəzəm tibbi nəzarət və aktiv həyat tərzi tövsiyə edilir.

Oğlaq bürcündə sümüklər, oynaqlar, dizlər, dişlər və dəri daha həssas nahiyələr kimi göstərilir. Fiziki yüklənmədən qaçınmaq və müntəzəm tibbi yoxlamalar önə çəkilir.

Dolça bürcü üçün qan dövranı sistemi, baldırlar və biləklər həssas sayılır. Uzun müddət hərəkətsiz qalmaqdan qaçınmaq və yüngül məşqlər etmək məsləhət görülür.

Balıqlar bürcündə ayaqlar və immun sistemi daha həssas hesab olunur. Ayaqların isti saxlanması və rahat ayaqqabı seçimi tövsiyə edilir.

/demokrat.az
OXŞAR XƏBƏRLƏR