"Bursaspor" azarkeşləri Namiqi meydana buraxmayan məşqçiyə etiraz etdilər

"Bursaspor" azarkeşləri Namiqi meydana buraxmayan məşqçiyə etiraz etdilər
İDMAN
15:42 15.09.2021
1009
Türkiyənin "Bursaspor" klubunun azarkeşləri Namiq Ələsgərovun TFF 1-ci liqada "Altınordu" ilə səfər oyununda meydana çıxmamasına etiraz edib.

Fanatlar 26 yaşlı yarımmüdafiəçinin ehtiyat oyunçular skamyasında əyləşməsini doğru qərar hesab etməyib.

"Timsahlar"ın baş məşqçsii Fatih Tekke 1:2 hesabı ilə uduzduqları matçda Azərbaycan millisinin üzvünə şans verməyib. O bunu yeni transferlərin komandaya tam uyğunlaşmaması ilə əlaqələndirib.

Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"a "Neftçi"dən transfer olunub. /// offsideplus.az
OXŞAR XƏBƏRLƏR