Bütün sahibkarlara açıq Dünya Sahibkarlıq Kuboku Azərbaycanda!

Bütün sahibkarlara açıq Dünya Sahibkarlıq Kuboku Azərbaycanda!
İQTİSADİYYAT
15:12 10.06.2021
712

"Dünya Sahibkarlıq Kuboku 2021” (EWC – Entrepreneurship World Cup) üçün müraciətlərin qəbulu yekunlaşmışdır. Proqram sahibkarlara dünya səviyyəsində bizneslərini təqdim edərək 1 milyon ABŞ dolları məbləğində pul mükafatı fondu və əlavə investisiya imkanları qazanmaq, 750.000 ABŞ dolları həcmində qeyri-maddi dəstək əldə etmək şansı təqdim edir.

Azərbaycandan Müsabiqədə iştirak etmək üçün 100-ə yaxın startapçı və sahibkar qoşulub. Ətraflı məlumat müsabiqənin rəsmi veb-saytında və GEN Azərbaycan sosial şəbəkə hesablarında (www.facebook.com/genazerbaijan) mütəmadi olaraq yerləşdirilir.

Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçən və ərizə formasını tam və dolğun dolduran hər bir sahibkar dərhal Google Cloud, Hubspot, Stripe və digər bu kimi qlobal tərəfdaşlardan ümumi dəyəri 25.000 ABŞ dolları olan qeyri-maddi dəstək paketi əldə edəcək. Hər bir müraciətçinin ərizəsi jüri tərəfindən qiymətləndiriləcək və ən yaxşı 12 biznes layihə Milli Finala vəsiqə qazanacaq.

Azərbaycan Milli Finalının 2021-ci ilin iyun-iyul aylarında təşkil olunması nəzərdə tutulur. Daha sonra Milli Finalın qalibləri "EWC Accelerates” proqramı çərçivəsində 6 həftəlik intensiv onlayn butkampda iştirak edəcək və beynəlxalq jüri tərəfindən seçilmiş 100 biznes layihəsi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində EWC Qlobal Finalında iştirak edəcək.

Dünya üzrə yüzlüyə düşmüş Milli Qalibimiz beynəlxalq tərəfdaşlar tərəfindən təqdim olunan 750.000 ABŞ dollar dəyərində Xidmətlər Paketi əldə edəcək. Dünya üzrə 1-ci yerin sahibi 500.000, ikinci yerin sahibi – 250.000, üçüncü yerin sahibi – 100.000 ABŞ dolları, kateqoriya qalibləri (ideya, erkən və böyümə mərhələləri üzrə) hər biri 50.000 ABŞ dolları məbləğində nağd pul mükafatı qazanacaq.

 

"Dünya Sahibkarlıq Kuboku” həyatı dəyişdirən mükafatların təqdim olunduğu qlobal bir yarışmadan daha artığıdır. Bu proqram sahibkarları öz təşəbbüslərini reallaşdırmaq üçün resurs və mənbələrlə təmin etməklə biznesin bütün mərhələlərdə yüksəlməsini təmin edir.

GEN Azerbaijan "Dünya Sahibkarlıq Kuboku”nun Azərbaycanda rəsmi təşkilatçısı olaraq ölkə miqyasında sahibkarların yeni biznesə başlanmasına və mövcud biznesini genişlənməyə köməklik etməyi hədəfləyir. GEN Azerbaijan missiyası ölkəmizdə sahibkarlığın və sahibkarlıq ekosisteminin inkişafına dəstək göstərməklə fərdlər və icmalar üçün iqtisadi imkanları genişləndirməkdir. GEN Azerbaijan GEN Global ailəsinin parçasıdır.

Qeyd edək ki, 2020-ci ildə Dünya Sahibkarlıq Kubokunun mərhələlərində 200-dən çox ölkədən 175.000 sahibkar iştirak etmişdir.




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
13:14 12.07.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
13:11 12.07.2025
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
12:57 12.07.2025
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
12:54 12.07.2025
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
İstirahət gününə olan hava proqnozu
12:33 12.07.2025
İstirahət gününə olan hava proqnozu
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
12:13 12.07.2025
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
11:52 12.07.2025
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
11:45 12.07.2025
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
11:36 12.07.2025
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib
11:31 12.07.2025
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib