'Bütün universitetlər bizim üçün rəqibdirlər' - MÜSAHİBƏ

MARAQLI
15:22 03.09.2012
1788
Doğu Akdeniz Universitetinin rektoru, professor Abdullah Öztopraqın AZXEBER.COM-a müsahibəsi:Doğu Akdeniz Universitetinin (DAU) rektoru, professor Abdullah Öztopraq müsahibə verib. Professorun verdiyi məlumata görə, Doğu Akdeniz Universiteti 1979-cu ildə Yüksək Texnoloji İnstitut adı ilə fəaliyyətə başlayıb. 1986-ci ildən etibarən isə Doğu Akdeniz Universiteti adlandırılıb. Universitetdə dərslər əsasən ingilis dilində keçirilir. Hazırda burada 9 fakültə var: mühəndislik, fənn və ədəbiyyat, biznesin idarə edilməsi, iqtisadiyyat, memarlıq, təhsil, rabitə, hüquq, sağlıq bölümləri və bu il açılan əczaçılıq fakültəsi. Rektor onu da bildirib ki, DAU-nun ən böyük hədəfi bütün proqramlarının beynəlxalq akkreditasiyalı olmasıdır. Keçən il mühəndislik fakültəsinin bütün proqramları ABŞ-ın ABETE (Accreditation Board for Programs in Engineering and Technology) akkreditasiyası alıb. Professor universitetdə təhsil alan tələbələr və onların elmi dərəcələri haqqında məlumat verdi:  - Doğu Akdeniz Universiteti yenilikləriylə qabaqcıl olan və keyfiyyətdə zirvəyə qalxmaq hədəfi güdən beynəlxalq səviyyəli təhsil ocağıdır. Burada 68 fərqli ölkədən 14.000-dən çox tələbə təhsil alır və 35 ölkədən 1000-dən çox müəllim çalışır. Yeri gəlmişkən, söyləyim ki, universitetdə Azərbaycandan 13 müəllim çalışır. Bunlardan riyaziyyat fənni üzrə bölüm rəhbərini, fənn və ədəbiyyat dekanını, türk dili üzrə bölüm rəhbərini misal göstərə bilərəm. Hazırda biz universitet olaraq Avropa Universitetləri Birliyi, İslam ölkələri Universitetlər Federasiyası, Dünya Universitetləri və başqa bir çox əhəmiyyətli beynəlxalq təşkilatların üzvüyük.  - 2011-2012-ci tədris ili universitetiniz üçün nə ilə yadda qaldı? - Biz keçən il yeni bölümlər açdıq, 3 fərqli ölkədən tələbə qəbul etdik. Bundan başqa, mühəndislik və digər bəzi proqramlarımız türkçə tədris edilməyə başladı. Ən böyük hədəfimiz isə xarici tələbələrin sayını artırmaqdır. Bu yolda çox əhəmiyyətli nəticələr əldə edirik. Biz digər xarici universitetlərlə müqavilə bağlayır, tələbə mübadiləsi edirik. Hər kəs bizim diplomumuzu tanıyır. Tələbələrimiz Amerikaya belə gedə, orada önəmli qurumlara üzv ola və bir çox sahələrdə problemsiz olaraq işləyə də bilər. Ona görə də akkreditasiyalı proqramlara əhəmiyyət veririk. Əcnəbi tələbələrin DAU-ya maraq göstərməsinin səbəbi bizim akkreditasiyalı proqramlarımızın üstünlüyündədir. Bundan başqa, biz bir kampus universitetiyik. Bütün tələbələrimiz bir yerdədir. Onlar birlikdə bir çox fəaliyyət növləri ilə məşğul olurlar. Davamlı olaraq istədiyiniz hər bir şeyi kampus içərisində tapa bilərsiniz. Şəhərcikdə tələbələrin idman fəaliyyətlərini həyata keçirmələri üçün də lazımlı şərait var.Universitetimizdə 50-dən çox tələbə klubu fəaliyyət göstərir. İdman sahəsində müvəffəqiyyət göstərən tələbələrə müxtəlif təqaüdlər də verilir. Universitetimizin 140.000-dən çox kitaba malik elektron kitabxanası var.DAU şəhərciyində 11 tələbə yurdu mövcuddur ki, bu da cəmi 5000 tələbəyə sığınma imkanı verir. Tələbələrin təxminən 40 faizi yurdda məskunlaşıb. Tələbəyə təkcə diplom vermirik. Kampusun içində digər millətlərdən olan tələbələr də üstünlük təşkil edir, onlar bir-biriləri ilə ünsiyyət qurur və dünyagörüşləri inkişaf edir. Texnoloji imkanlardan həmişə yararlanmağa çalışırıq. Çox zəngin laboratoriyalarımız var. Biz bir dövlət universitetiyik. Amma özəl universitet kimi davranırıq. Öz xüsusi büdcəmiz var. Dövlətdən də dəstək alırıq. Amma büdcəmizin böyük əksəriyyətini tələbələrdən aldığımız ödəniş və yurdlardan aldığımız pul ilə təmin edirik. Bundan başqa, təhsil səviyyəmizin yüksək olması, mədəni mühitdə ingiliscə təhsilin verilməsi tələbələrin bizim universitetə marağını artırır. Dünyada qəbul edilcək bir səviyyədə təhsil veririk. Bir çox universitetlərlə əməkdaşlığımız var.  - Tanınmış məzunlarınız kimlərdir? - Sudanda gənclər və idman naziri, "KKTC TÜRKCELL"in ümumi müdiri, İstanbul hava limanının müdiri bizim tanınmış məzunlarımızdandı.  - Keçən illərə nisbətən bu il azərbaycanlı tələbələrin də Doğu Akdeniz Universitetinə diqqəti artıb. Maraqlıdır, azərbaycanlılar başqa xarici ölkələrdən gələn tələbələrdən nə ilə fərqlənirlər? - Keçən il 200 nəfər tələbə bizim universitetdə təhsil almaq şansını qazanıb. Bu il isə yeni gələn azərbycanlı tələbələrin sayı 280-dir. Hazırda Azərbaycandan 480 nəfər tələbəmiz var. Bu il gələn tələbələrdən 20 nəfəri 600-dən çox bal toplayan abituriyentlərdir. İnanıram ki, onlar bizim tanınmış məzunlarımız sırasına daxil olacaqlar. Azərbaycanlılar Kiprin mühitinə digər xarici tələbələrə nisbətən daha asan uyğunlaşırlar. Buna dillərimizin və mədəniyyətimizin çox yaxın olması səbəb ola bilər.  - Təhsil sahəsində rəqabətin olmasına necə baxırsınız? Və elə bir universitet varmı ki, onunla rəqabətdəsiniz? - Təbii ki. Bütün universitetlər bizim üçün rəqibdirlər. Bizim əsas məqsədimiz, daha da irəli getməkdir. Biz onlardan daha yaxşı olduğumuzu isbat etməyə çalışırıq.  - Təhsilin dünya üzrə inkişafı üçün nələri tövsiyə edərdiniz? - Mənim tövsiyəm beynəlxalq səviyyəyə yüksəlməkdir. Tələbələr xarici ölkələrə gedən zaman hər hansı bir problemlə üzləşməməlidirlər. Avropa ölkələrinin əksəriyyətində bu var. İnşallah bir gün islam ölkələri də öz aralarında ortaq məxrəcə gəlib, yüksək səviyyəyə qalxarlar.  Kəmalə Nəsibova
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir