Buzovnada evlərin altından qrunt suları çıxır – Sakinlər NARAHATDIR - VİDEO

Buzovnada evlərin altından qrunt suları çıxır – Sakinlər NARAHATDIR - VİDEO
SOSİAL
21:54 10.05.2026
785
Evlərin altından qrunt suları çıxır...Küçələr qrunt sularıyla dolub...
 Axar yeri olmayan, evlərdən çəkilib axıdılan sular yollarda çuxurların yaranmasına səbəb olub.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, Xəzər rayonu Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsi 115 ünvanında yaşayan sakinlər deyirlər ki, intensiv yağışlardan sonra ərazidə vəziyyət daha da çətinləşib.

 Sakinlər deyir ki, kanalizasiya xətti olmadığı üçün hətta həyətlərindəki quyular da daşır:

 Yolda çox sayda yaranan çuxurlar, həm piyadaların, həm də avtomobillərin hərəkətinə mane olur.

 İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, qrunt suları olan ərazidə bu suların toplanması üçün sututarları olmalıdır. Vətəndaşlar ərazidə məskunlaşdıqlarına görə orada sututarları yaratmaq mümkün deyil. Ona görə də yağışlar intensiv yağanda belə vəziyyət yaranır. O da qeyd edildi ki, mövcud problemi aradan qaldırmaq üçün, qrunt sularını şəbəkəyə ötürmək məqsədilə 500 metr uzunluğunda 300 diametrlik xətt çəkiləcək, artıq işlərə start verilib.

 Xəzər Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, sözügedən ərazidə drenaj şəbəkəsinin qurulması işləri yekunlaşdıqdan sonra asfalt örtüyünün əsaslı təmiri istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə rəsmi müraciət edilib. Bununla əlaqədar aidiyyəti qurumlar tərəfindən qeyd olunan istiqamətlər üzrə müvafiq işlərə qısa müddət ərzində başlanılması nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR