Böyük porsiyalar, milyonlarla izləyici və faciə: Bu trend nə qədər təhlükəlidir?

Böyük porsiyalar, milyonlarla izləyici və faciə: Bu trend nə qədər təhlükəlidir?
SOSİAL
14:16 10.09.2026
80

Son illərdə sosial mediada böyük miqdarda qida qəbul edilən "mukbang” videolarının populyarlığı artıb.

Lakin bu məzmunun izlənmə və gəlir gətirməsi üçün həddindən artıq yemək vərdişinin normaya çevrilməsi ciddi sağlamlıq riskləri yarada bilər. 

AZXEBER.COM xəbər verir ki, Çində 24 yaşlı mukbang bloqçusu Qanfan Yinqinqin ölümü bu mövzunu yenidən gündəmə gətirib. Əsl adı Çen Ziyi olan bloqçunun avqustun 17-də vəfat etdiyi, ölüm xəbərinin valideynləri tərəfindən təsdiqləndiyi bildirilir. 

1,2 milyondan çox izləyicisi olan Yinqinq böyük miqdarda qida qəbul etdiyi videolarla tanınırdı. Ölümündən əvvəl xəstəxanaya yerləşdirilən bloqçu son paylaşımında qanda kalium səviyyəsinin 2,3 mmol/l-ə düşdüyünü açıqlamışdı. Normal kalium səviyyəsi isə adətən 3,5–5,5 mmol/l hesab olunur. 

Kalium orqanizmdə əzələlərin, sinir sisteminin və xüsusilə ürəyin normal fəaliyyətində mühüm rol oynayır. Qanda kalium səviyyəsinin ciddi şəkildə azalması ürək ritminin pozulmasına, əzələ zəifliyinə və ağır hallarda həyati təhlükəli fəsadlara səbəb ola bilər.


Lakin burada mühüm məqam ondan ibarətdir ki, yalnız çox yemək kalium səviyyəsinin bu qədər kəskin azalmasının tipik səbəbi hesab edilmir. Kalium itkisi qusma, ishal, bəzi dərmanların istifadəsi və digər tibbi səbəblərlə əlaqəli ola bilər. Buna görə də konkret şəxsin ölümünü yalnız mukbang və ya həddindən artıq qida qəbulu ilə əlaqələndirmək üçün tibbi sübutlar lazımdır. 

Həddindən artıq qida qəbulu isə özlüyündə orqanizmə ciddi yük yarada bilər. Qısa müddətdə normadan çox yemək mədə-bağırsaq sistemində narahatlıq, ürəkbulanma, qusma, qarın ağrısı və digər problemlərə səbəb ola bilər. Davamlı şəkildə həddindən artıq yemək isə piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri və digər xroniki problemlərin yaranma riskini artıra bilər. 

Mukbang məzmununun başqa bir problemi isə yeməyin əyləncə və gəlir vasitəsinə çevrilməsidir. Bloqçu daha çox izlənmə əldə etmək üçün əvvəlkindən daha böyük porsiyalar yeməyə, daha uzun müddət davam edən marafonlar keçirməyə və orqanizmin normal qəbul edə biləcəyi miqdardan artıq qida qəbul etməyə məcbur qala bilər.


 Bəzi hallarda bu davranış qida ilə bağlı sağlam olmayan münasibətin formalaşmasına da səbəb ola bilər. Xüsusilə çox yeməkdən sonra qəsdən qusma və ya işlədici vasitələrdən istifadə edilməsi orqanizmdə su-elektrolit balansını poza və kalium çatışmazlığı kimi təhlükəli vəziyyətlərə gətirib çıxara bilər. 

Məsələnin digər tərəfi isə bu cür videoları izləyən auditoriyadır. Sosial mediada böyük porsiyalarda yemək yeməyin əyləncəli və zərərsiz fəaliyyət kimi təqdim olunması bəzi izləyicilərdə belə davranışın normal olduğu təsəvvürünü yarada bilər. 

Məlumat üçün bildirək ki, bənzər hadisə 2026-cı ilin martında Türkiyədə də gündəmə gəlib. Mukbang yayımları ilə tanınan 24 yaşlı Efecan Kültür ağır piylənmə və bununla əlaqəli sağlamlıq problemlərindən sonra vəfat edib. 

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qida təhlükəsizliyi üzrə Dövlət Proqramı təsdiqləndi - SƏRƏNCAM
14:43 10.09.2026
Qida təhlükəsizliyi üzrə Dövlət Proqramı təsdiqləndi - SƏRƏNCAM
Yunanıstanda virus həyəcanı: Bir həftədə 34 yeni yoluxma
14:42 10.09.2026
Yunanıstanda virus həyəcanı: Bir həftədə 34 yeni yoluxma
İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi
14:37 10.09.2026
İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
14:22 10.09.2026
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
Böyük porsiyalar, milyonlarla izləyici və faciə: Bu trend nə qədər təhlükəlidir?
14:16 10.09.2026
Böyük porsiyalar, milyonlarla izləyici və faciə: Bu trend nə qədər təhlükəlidir?
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
13:57 10.09.2026
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
Arıçılıqda yeni dövr: pətəklərə SMS-lə nəzarət edilir
13:52 10.09.2026
Arıçılıqda yeni dövr: pətəklərə SMS-lə nəzarət edilir
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
13:36 10.09.2026
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Qolları olmayan körpəsindən imtina etdi: Ana və uşağı bundan sonra nə gözləyir? – VƏKİL
13:34 10.09.2026
Qolları olmayan körpəsindən imtina etdi: Ana və uşağı bundan sonra nə gözləyir? – VƏKİL
Qolları olmayan körpə və cavabsız qalan suallar…
13:25 10.09.2026
Qolları olmayan körpə və cavabsız qalan suallar…
İspaniya tarixinin ən isti yayını yaşadı: 61 günlük isti hava dalğası
13:24 10.09.2026
İspaniya tarixinin ən isti yayını yaşadı: 61 günlük isti hava dalğası
Qolları olmayan körpədən imtina edən ana: Psixoloq səbəbləri açıqladı
13:17 10.09.2026
Qolları olmayan körpədən imtina edən ana: Psixoloq səbəbləri açıqladı
Evdəki qatıq 1-2 günə turşuyur, market qatığı isə yox – SƏBƏB
13:06 10.09.2026
Evdəki qatıq 1-2 günə turşuyur, market qatığı isə yox – SƏBƏB
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
13:00 10.09.2026
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
Xocalıda minaya düşən şəxsin ayağı amputasiya olundu
12:50 10.09.2026
Xocalıda minaya düşən şəxsin ayağı amputasiya olundu
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var
12:46 10.09.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var