Böyük ürəyə sahib “Qırmızı ürəklər”!

Böyük ürəyə sahib “Qırmızı ürəklər”!
İQTİSADİYYAT
11:25 25.04.2020
1513
Son zamanlar ölkədə xüsusi karantin rejimi şəraitində dövlət qurumları ilə yanaşı, şirkətlər və ayrı-ayrı insanlar bir sıra xeyriyyə tədbirləri, yardım aksiyaları həyata keçirirlər. Sözügedən dəstək aksiyalarına Kapital Bank-ın əməkdaşları da qoşulub. Bankın yardım fonduna ayırdığı vəsait, sahibkarlara, təqaüdçülərə və digər müştərilərə etdiyi güzəştlərlə yanaşı, əməkdaşları tərəfindən təşəbbüs qrupu da yaradılıb.

AZXEBER.COM xəbər verir ki, Kapital Bank-ın əməkdaşlarının təşəbbüsü ilə yaradılan "Qırmızı ürəklər” könüllülər qrupu Bakı ilə yanaşı regionlarda da xeyriyyə aksiyaları keçirir, imkansız, çoxuşaqlı ailələri, əlilləri, yaşlı insanları ziyarət edir, onlara ərzaq və gündəlik tələbat məhsulları təqdim edir. Bu günə qədər "Qırmızı ürəklər” ölkənin 50-dək rayonda xeyriyyə aksiyaları təşkil edilib, 1000-ə yaxın aztəminatlı ailələrə yardım göstərilib.

"Son aylar ərzində ölkədə mövcud rejimlə əlaqədar müxtəlif sosial aksiyalar təşkil olunur. Kapital Bank da keçirilən dəstək və ianə tədbirlərinə qoşulub. Bu haqda artıq müxtəlif resurslar vasitəsilə məlumat vermişik. Bu gün mən bankın deyil, məhz bank əməkdaşlarının təşəbbüsünü qeyd etmək istərdim. Sevindirici hal odur ki, əməkdaşlarımızın yaratdıqları "Qırmızı ürəklər” könüllülər qrupu pandemiya dövründə çətinlik çəkən ailələrə qarşı biganə qalmayaraq bir çoxlarına dəstək oldu. Bildirim ki, təşkil etdikləri tədbirlər və xərclənən vəsait əməkdaşlarımız tərəfindən könüllü şəkildə həyata keçirilir. Belə gözəl layihəni həyata keçirdikləri üçün hər bir əməkdaşımıza təşəkkürümü bildirirəm və onlarla qürur duyuram”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Qeyd edək ki, hazırda 100-dək üzvü olan təşəbbüs qrupu, 2019-cu ilin dekabr ayında yaradılıb. Qrupun əsas fəaliyyət istiqaməti uşaq evlərinə, sığınacaqlara yardım etməkdir. Təşəbbüs qrupu tərəfindən Azərbaycan Uşaqlar Birliyi Uşaq Reinteqrasiya mərkəzinə, Saray qəsəbəsində yerləşən Sosial Əmək fondunun nəzdində yerləşən 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinə və digər yerlər də dəfələrlə ziyarətlər təşkil olunub. Hazırki pandemiya şəraitinə biganə qalmayan "Qırmızı ürəklər”, istisna olaraq aztəminatlı ailələrə də kütləvi yardımlar həyata keçirir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
03:23 31.07.2026
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
İran Bolqarıstana xəbərdarlıq etdi
02:40 31.07.2026
İran Bolqarıstana xəbərdarlıq etdi
Rusiya Durovu terrorçu elan etdi
02:19 31.07.2026
Rusiya Durovu terrorçu elan etdi
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
01:37 31.07.2026
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
01:25 31.07.2026
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
Ən gec qocalan 5 bürc
01:05 31.07.2026
Ən gec qocalan 5 bürc
Yaşı 60-dan çox olanların nəzərinə
00:47 31.07.2026
Yaşı 60-dan çox olanların nəzərinə