Böyükşor-Pirşağı yolu niyə gec xətlənib? - VİDEO

Böyükşor-Pirşağı yolu niyə gec xətlənib? - VİDEO
SOSİAL
23:52 23.07.2026
166
Uzun müddətdir işlək olan yolda hələ indi xətlənmə aparılır...
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət paytaxt ərazisində nəqliyyatın sürətli hərəkəti olan Böyükşor-Pirşağı yolundan gedir. Həmin yolun Kürdəxanı qəsəbəsinə dönən hissəsində nəqliyyat vasitələrinin sürətlərinin  azaldılmasında çətinlik yaranır. Bu da ərazidə qəza şəraitinin yaranmasına, hətta qəzaların baş verməsinə gətirib. çıxarır.

Uzun zaman sonra əraziyə sürətin mərhələli şəkildə azaldılmasını təmin edən süni yol nahamrlıqları və üfüqi nişanlanmaxətləri tətbiq ediləcək.

Sürücülərin sözlərinə görə, yolun bir müddətdir istifadədə olmasına baxmayaraq yoldan ilk dəfə istifadə edən şəxslər qarşılaşacaqları sərt yolayrıcından xəbərsiz olurlar. Bu da sürücülərdə çaşğınlıq yaradır.

Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər" ə bildirildi ki, həmin yolda daha əvvəl də bütün lazımi nişanlanmalar mövcud idi.
Lakin, aparılan müşahidələr nəticəsində müəyyən olundu ki, sürücülərin məhz həmin hissədə sürət həddinə əməl etməməsinə görə qəza şəraiti yaranır. Bu səbəbdən riskləri azaltmaq məqsədilə mövcud nişanlardan əlavə sürət yavaşladıcı üfüqi nişanlanma xətlərinin təşkilinə qərar verilib.

OXŞAR XƏBƏRLƏR