Üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
SOSİAL
20:06 11.09.2026
89
Sentyabrın 12-si saat 07:00-dan etibarən təmir işləri ilə əlaqədar Bakının Xətai rayonunda üç ünvanda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri Abdulla Rəhimov, İlqar Abbasov və Həzi Aslanov küçələrini əhatə edəcək.

"Təmir səbəbilə sözügedən ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq", - deyə məlumatda qeyd edilib.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
OXŞAR XƏBƏRLƏR