Qeyd edək ki, səfər davam edir və səfər çərçivəsində nümayəndə heyətimiz iyulun 1-də C.Koreyanın Beynəlxalq Gənclər Mərkəzində olmuş, ev sahibi gənclərlə birgə «Mədəniyyətlərası mübadilə» simulyasiya oyununda iştirak etmişlər.
İyulun 2-də isə Cənubi Koreyanın paytaxtı Seul şəhərinin “Lexington” otelinin konfrans zalında Azərbaycan milli gecəsi keçirilmişdir. Gecədə Koreya Gənclər Mübadiləsi Mərkəzinin sədr müavini Park Vunq (Park Woong), Koreya - Azərbaycan Beynəlxalq Gənclər Mübadiləsi Proqramının koordinatoru Kim Hyun-Sung, koreyalı və polşalı gənclər iştirak etmişlər. Tədbirdə ev sahiblərinə və qonaqlara Azərbaycan haqda geniş məlumat verilmiş, nümayəndə heyətinin iştirakı ilə milli rəqslər təqdim olunmuşdur. Azərbaycanın tarixini, mədəniyyəti və adət-ənənələrini özündə əks etdirən buklet-kitabçalar paylanılmış, ardından iştirakçılara Azərbaycan şirniyyatlarından ibarət ziyafət verilmişdır. Milli gecə yallı rəqsi ilə başa çatmışdır.
Hazırda paytaxt Seulda olan nümayəndələrimiz iyulun 10-na qədər ölkənin digər böyük şəhərləri olan Busan və Ulsan şəhərlərinə də səfər edəcək və şəhərlərin görməli yerləri ilə tanış olacaqlar.