“Caliber” düşmənə qarşı müharibəyə başlayır - VİDEO

SİYASƏT
17:41 21.09.2020
742
Azərbaycanın İctimai Televiziyasında RADİUS həftəlik hərbi-analitik layihəsinin yaradıcıları tanınmış hərbi jurnalist və analitik Heydər Mirzə hərbi mütəxəssis Hans Klossla (məxfilik səbəbi ilə adı açıqlanmır) birlikdə "Caliber” müstəqil rusdilli hərbi-analitik internet-layihəsinə başlayırlar. 

Yaradıcıların sözlərinə görə, "Caliber” həm Cənubi Qafqaz regionuna vurğu etməklə hərbi-siyasi və hərbi-texniki mövzularla maraqlanan geniş izləyici kütləsi, həm də bu sahədəki ekspert və mütəxəssislər üçün nəzərdə tutulub. 

"Layihənin ideyasını çoxdan ortaya qoymuşuq, ancaq Tovuz döyüşləri zamanı artıq vaxtın yetişdiyini anlamağımıza səbəb olan həmin katalizator oldu. İlk növbədə düşmən, ancaq həm də internetdə hərbi mövzuda ajiotaj yaratmaq istəyən sadə insanlar da böyük zərər vurur”, - onu və Heydər Mirzəni "Caliber”i yaratmağa sövq edən səbəblərdən bəhs edən Hans Kloss bildirib. 

Müharibə və Cənubi Qafqaz, hərbi-siyasi və hərbi-texniki təhlil, informasiya müharibəsi və psixoloji təsir əməliyyatları, ekspert rəyləri və tənqid - bütün bunlar və daha çoxu yeni internet layihəsi olan CALİBER-də mövzu həvəskarlarını gözləyir. 

Gözləyirik ki, tezliklə yeni internet-kanalı həm ön xətdən eksklüziv kontentlə, həm də düşmənin arxa cəbhəsindən maraqlı "insayt”larla bizi sevindirəcəkdir. Layihə müəllifləri çoxsaylı "Yotube” istifadəçilərinin dəstəyinə ümid bəsləyir, onlardan yeni kanala abunə olmalarını, hər yeni buraxılışı bəyənməyi unutmamağı və mütləq paylaşm etmələrini xahiş edir. Eyni zamanda, Heydər Mirzə və Hans Kloss tamaşaçılardan rəy alacaqlarına ümid etdiklərini və hər cür konstruktiv təklif və fikirlərə açıq olduqlarını xüsusi vurğulayıblar.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:33 29.10.2020

BQXK-nin prezidenti Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yaydı

15:16 29.10.2020

Ermənilər Göygölü atəşə tutdu, meşədə yanğın başladı

15:03 29.10.2020

Fransa səfiri: “Bərdədə insanların həlak olmasına görə çox məyusam”

14:48 29.10.2020

Bərdədə dinc sakinləri atəşə tutan düşmən qüvvələri məhv edildi - VİDEO

14:47 29.10.2020

Qələbəyə aparan yol!

14:43 29.10.2020

"Düşmən ön cəbhəyə göndərməyə əli silah tutan kişi tapmır" - Deputat

14:42 29.10.2020

Hikmət Hacıyev: "Ermənistanın hərbi-siyasi rəhbərliyi quzğunlaşıb"

14:23 29.10.2020

“Nar” Bərdə sakinlərini danışıq dəqiqələri və SMS-lə təmin etdi

14:19 29.10.2020

Diplomatlar və dövlət rəsmiləri Tərtərdə olarkən rayon ərazisi atəşə tutuldu

14:12 29.10.2020

Ermənistanın iki "Su-25" təyyarəsi məhv edildi - RƏSMİ

14:07 29.10.2020

Özbəkistan səfiri: "Dinc sakinlərin öldürülməsi yolverilməzdir"

14:00 29.10.2020

Ombudsman Səbinə Əliyeva Bərdədə faktaraşdırıcı missiya həyata keçirir - FOTO

13:56 29.10.2020

Ermənilər Tərtərə qadağan olunmuş raket atdı

13:53 29.10.2020

Elçin Əmirbəyov: "Ermənistan sülh prosesinin bərpasında maraqlı deyil"

13:47 29.10.2020

Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ

13:45 29.10.2020

Deputat: Əgər vəziyyət belə davam edərsə, növbəti aylarda karantin rejimi daha da sərtləşdirilə bilər