Can Bonomo tanıtım turuna çıxır

Can Bonomo tanıtım turuna çıxır
MƏDƏNİYYƏT
10:00 02.04.2012
2297

Tur 2 mərhələdən ibarət olacaq

AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, aprelin 1-dən Türkiyənin 57-ci Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisi Can Bonomonun tanıtım turu start götürəcək. Müğənninin ilk dayanacağı Xorvatiya olacaq. Can Bonomo "Love Me Back" adlı müsabiqə mahnısı ilə Monteneqro və Sloveniyaya da gedəcək. Tanıtım turunun ilk mərhələsinin 4 gün ərzində tamamlanacağı nəzərdə tutulub. Türkiyə təmsilçisi səfər çərçivəsində bir neçə televiziya verilişlərində də qonaq olacaq. Tanıtım turunun növbəti mərhələsi aprelin ikinci həftəsindən start götürəcək.

OXŞAR XƏBƏRLƏR