Cavanlıq mənbəyi olan ərzaqlar

Cavanlıq mənbəyi olan ərzaqlar
Bütün Xəbərlər
08:56 20.10.2012
1322
Antioksidantlar bizim hüceyrələrimizi zəhərli maddələrin daxili və xarici təsirindən qoruyur. Xüsusən də bədənin ürək-damar kimi vacib sisteminin və digər funksional sistemlərin fəaliyyətini tənzimləyir.Bəs hüceyrələrimizdə qocalma prosesinin qarşısını alan və cavanlaşdıran antioksidantlar hansı ərzaqların tərkibində vardır?Norveçin Oslo Universitetinin alimləri tərkibində antioksidantlar olan ərzaqların 3100 növünün siyahısını tərtib etmişlərAlimlərin fikrincə, meyvə və tərəvəzlərin içərisində vaxtından əvvəl qocalmanın qarşısını alma, gavalı, artişok, gül kələmi alır. Ekzotikianı sevənlər isə baobanın meyvəsini dada bilərlər. Qəlyanaltı üçün isə alimlər yerfındığı, pekan qozunu (qabığı ilə birlikdə), adi qoz, fındıq, həmçinin günəbaxan tumunu məsləhət görürlər.Desertdə isə qaragilə və ya ərik mürəbbəsi ilə çay içmək olar. Cavanlıq elikseri kimi qəhvə, nar şirəsi və qırmızı çaxır da xeyirlidir.Bundan əlavə, antioksidantlar olan ədviyyatların da köməyi ilə öz rasionumuzu zənginləşdirə bilərik. Yamayka bibərinin, mixəyin, nanənin, mərzənin və darçının da tərkibində antioksidantlar vardır.Antioksidantlar orqanizm üçün qoruyucu funksiya da yerinə yetirir. Onlar hüceyrələri sərbəst radikalların təsirindən qoruyur və məhvedici fəaliyyətini dayandırır, immun sisteminin fəaliyyətinə kömək edir, vaxtından əvvəl bədənin yaşlanması, yəni qocalma prosesini zəiflədir.
OXŞAR XƏBƏRLƏR