Cavid Qurbanov da Ziya Məmmədovun yolu ilə gedir

Cavid Qurbanov da Ziya Məmmədovun yolu ilə gedir
TOP4
16:53 31.10.2016
3381

Azərbaycan Voleybol Federasiyasında (AVF) prezident dəyişikliyi hansısa müsbət irəliləyişə səbəb olmayıb. Apasport.az saytı xəbər verir ki, AVF yenə də ölkə çempionatının startını ləngidir.

Voleybolu ilə tanınmayan ölkələrdə belə çempionatın yeni mövsümü üçün iştirakçıların adları və sayı açıqlansa da, yalnız Azərbaycanda hər şeyə son gündə aydınlıq gəlir. Hələ bu azmış kimi, reqlament son anda "cızma-qara” edilir, ardınca dəfələrlə dəyişdirilir və cəmi 1 dövrənin təqvimi açıqlanır.

Bu gedişlə 2016/2017 mövsümü də əvvəlkindən fərqlənməyəcək. Çünki bir çox ölkələrdə ən azı 2 tur arxada qaldığı halda, bizdə hələlik çempionatda neçə klubun oynayacağı rəsmi açıqlanmayıb. Üstəlik, oktyabrın sonunadək, daha dəqiq desək, 2 gün əvvəl qadın voleybolçular arasında Super Liqanın açılışı planlaşdırılırdı. Lakin federasiya yenə öz "mövqeyi”ndədi.

Mətbuata yalnız o məlumdu ki, qurumun yeni prezidenti Cavid Qurbanovun hələlik açılışa gəlməyə vaxtı yoxdu. Məhz bu qeyri-rəsmi məlumatdan başqa federasiyadan hansısa dəqiq xəbər verilmir. Halbuki, Qurbanovdan öncə AVF rəhbəri Ziya Məmmədov da çox vaxt ölkə çempionatının açılış mərasiminə qatılmırdı.

Çempionat bir qədər də geciksə, yenə həftə ərzində 2-3 tur, yenə dövrələrarası fasilə olmadan yarış izləyəcəyik. Bununla yanaşı, ölkəmizə gələn legionerlər yenə də Bakı klublarını tərk etdikdən sonra Azərbaycan Super Liqasının qeyri-peşəkar təşkilindən danışacaq.

Son məlumat isə odu ki, Qurbanov noyabrın ilk 2 həftəsi ərzində vaxt tapacaq. Həmin günə uyğun isə yeni təqvim qurulacaq və mövsüm başlayacaq. Bu tarixin noyabrın 8-i olması da gözlənilir...

Hər halda, bütün voleybolsevərlər həmin günü gözləyir. Bəlkə, federasiya azarkeşləri az da olsa fikirləşib, işinə peşəkar yanaşa...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır