Cəbhədə döyüş gedir: Ən azı 3 əsgərimiz yaralanıb - VİDEO

Cəbhədə döyüş gedir: Ən azı 3 əsgərimiz yaralanıb - VİDEO
Bütün Xəbərlər
09:33 02.08.2014
5529
Milli Ordu düşməni şiddətli atəşə tutub.
Ermənistan ordusu Ağdamın işğal altında olan Güllücə kəndi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini şiddətli atəşə tutublar.
AZXEBER.COM xəbər verir ki, APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, cəbhənin bu istiqamətində də yaralıların olduğu bildirilir.
Qeyd edək ki, düşmən Azərbaycan ordusunun şiddətli cavab atəşindən təşvişə düşərək, təmas xəttinə nəzarət etmək məqsədilə cəbhə boyu tez-tez işıqlandırıcı vasitələrdən (fişənglərdən) istifadə edir.
Məlumata görə, düşmənin Ağdam rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycanın 3 əsgəri yaralanıb. Yaralılar hərbi hospitala yerləşdirilib. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Azərbaycan ordusu düşməni cavab atəşi ilə susdurmağa çalışır.
OXŞAR XƏBƏRLƏR