Sərhədlərimizdə yeni "oyun": Laçında baş verənlər nəyə işarədir?

Sərhədlərimizdə yeni "oyun": Laçında baş verənlər nəyə işarədir?
SİYASƏT
12:59 27.07.2023
699
Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)  Ermənistanın "humanitar yük” adı ilə konvoylar göndərməsinin Azərbaycanın ərazi bütövlüyünə qəsd olduğunu açıqlayıb.
 
Bildirilib ki, "Laçın" sərhəd-buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Ermənistan tərəfinin ölkəmiz ilə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə "humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir, "Laçın" sərhəd-buraxılış məntəqəsinə qarşı növbəti təxribatdır.

Bəs, Ermənistan "Laçın" sərhəd-buraxılış məntəqəsinə qarşı təxribat törətməklə nəyə nail olmağa çalışır?
 


Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Anar İsgəndərov Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini qorumaq üçün hər şeyə hazır olduğunu bildirib:

"Ermənilər 44 günlük müharibədə darmadağın edildi. Erməni xislətini tanıyanlar bilirlər ki, erməni təslim olmayacaq. Göz yaşını tökəcək, dünyanı köməyə çağıracaq. Dünyanın ədalətli dövlətləri bu göz yaşlarına fikir verməyəcək, ancaq eyni düşüncədə olanlar erməni lobbisinə aldanaraq, onu müdafiə edəcək. Ermənistan  dövlət səviyyəsində bəyan edir ki, Qarabağ Azərbaycan torpağıdır. Qarabağ Azərbaycan torpağıdırsa, orda yaşayanlar da Azərbaycan vətəndaşlarıdır. Onların qayğısına qalan da Azərbaycan dövləti olmalıdır. Azərbaycanda kimlər yaşayırsa, qanun qarşısında bərabərdir. 

Azərbaycan təklif irəli sürür, əgər sən doğrusansa, niyə Qarabağa yardımın Ağdamdan gəlməsi ilə razılaşmırsan? Tarix boyu Xankəndinə gedən yol Ağdamdan olub. Bu yolu hamı bilir. Azərbaycanlı da  bilir, erməni də, sülhməramlı da bilir”.

Millət vəkili hesab edir ki, Ermənistan guya Qarabağdakı ermənilərin humanitar fəlakət yaşadığını dünyaya yaymaq üçün israr edir:

"Laçın sərhəd-buraxlış məntəqəsinə gəlib, yığışıblar. Yığışsınlar, heç kimin onlardan qorxusu yoxdur. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komadanın rəhbərliyi ilə xalqın, ordunun nəyə qadir olduğunu hamı bilir. Erməni yalandan hay-küy qaldırırsa, qaldırsın. Kimə yalvarırsa, yalvarsın. Azərbaycan erməni xislətinə çoxdan bələddir. Dövlət başçısının dediyi kimi  Ermənistan bizimlə qonşuluq münasibətləri yaratmağa məcburdur. Qarabağda yaşayanlar bizim vətəndaşlarımızdır. Lakin onlar separtaçı mövqeydə çıxış edilərsə, Azərbaycan qanunlarını qəbul etmək istəmirlərsə, o zaman biz onlarla hüququn, ədalətin dili ilə danışacağıq. Qarabağdakı ermənilər guya humanitar fəlakət yaşayır. Əgər humanitar fəlakət varsa, niyə Ağdam yolundan gəlmirsiniz? Deməli hamısı yalandır, böhtandır. Sadəcə olaraq bölgədəki vəziyyəti qızışdırmaq istəyirlər. Ancaq onlar istəklərinə nail olmayacaqlar, bölgədəki vəziyyəti Azərbaycan diktə edir”.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
13:18 06.10.2026
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
13:12 06.10.2026
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
13:02 06.10.2026
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
12:41 06.10.2026
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
12:37 06.10.2026
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
12:33 06.10.2026
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
12:19 06.10.2026
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
12:14 06.10.2026
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
11:57 06.10.2026
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
11:56 06.10.2026
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
11:53 06.10.2026
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
11:43 06.10.2026
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
11:38 06.10.2026
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
11:25 06.10.2026
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
11:18 06.10.2026
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi
11:09 06.10.2026
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi