“Cəlil İşığı” adlı mono tamaşasının premyerası baş tutdu - FOTOLAR

“Cəlil İşığı” adlı mono tamaşasının premyerası baş tutdu - FOTOLAR
MƏDƏNİYYƏT
12:00 24.02.2026
1090
21 fevral tarixində Xəzər Universiteti Dünya İB Məktəbində Beynəlxalq Ana Dili Günü münasibətilə "Cəlil İşığı” adlı mono tamaşasının premyerası baş tutub.

AZXEBER.COM xəbər verir ki, tamaşa görkəmli ədib Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunub. Səhnə əsərində yazıçının doğma dil uğrunda apardığı mübarizə, xalqın maariflənməsi naminə gördüyü işlər və dövrün ictimai-siyasi reallıqları bədii formada tamaşaçılara təqdim edilib. Tamaşada Cəlil Məmmədquluzadənin yaxın silahdaşı Ömər Faiq Nemanzadə ilə birlikdə məşhur "Molla Nəsrəddin" jurnalını nəşr etməsi, cəmiyyətin ayılması və maariflənməsi istiqamətində apardıqları fəaliyyət xüsusi vurğulanıb. 
Səhnə həllində yazıçının təqiblərə məruz qalması, jurnal redaktorluğundan uzaqlaşdırılması və əsərlərini sobada yandırmaq məcburiyyətində qalması dramatik kulminasiya nöqtəsi kimi təqdim olunub. Yandırılan vərəqlərdən doğan obrazların səhnədə canlanması tamaşaya simvolik və emosional dərinlik qatıb. Qeyd edək ki, tamaşanı təqdim edən teatr truppası məktəbin müəllim və şagirdlərindən ibarətdir. Tamaşanın ssenari müəllifi Fidan Məmmədova, rejissoru Murad Allahverdi,təşkilatçısı isə Şükufə İsmayılovadır.

Gecənin davamında ana dilimizin ətri duyulan poeziya dəqiqələri yaşanıb. Səməd Vurğun, Nəriman Həsənzadə Mikayıl Müşfiq, Musa Yaqub, Ramiz Rövşən və Hamlet İsaxanlının şeirləri müəllim və şagirdlər tərəfindən ifa olunub. Bu hissədə Güney Azərbaycandakı soydaşlarımızın ana dilinə olan sonsuz sevgisi  xüsusi bir həssaslıqla vurğulanıb. Tədbirdə Hamlet İsaxanlı, Qurban Qurbanov, Kamal Yaşar, Xəzər Süleymanlı, Qulu Ağasəs və Qəmər Seyfəddinqızı kimi dəyərli qonaqlar iştirak ediblər.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı