Cəlil Məmmədquluzadənin Ev-muzeyində "Açıq qapı" günü keçiriləcək

Cəlil Məmmədquluzadənin Ev-muzeyində "Açıq qapı" günü keçiriləcək
MƏDƏNİYYƏT
17:53 15.02.2012
3016

Fevralın 16-da saat 12:00-da Cəlil Məmmədquluzadənin Ev-muzeyində "Cəlil Məmmədquluzadə kiçik hekayələrin böyük ustasıdır" adı altında "Açıq qapı" günü keçiriləcək.

AZXEBER.COM-un çərşənbə günü Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir ədibin anadan olmasının 143-cü ildönümünə həsr edilir.

Tədbir zamanı ədəbiyyat fənninin tədrisi proqramına uyğun olaraq, muzey bazasında 150 saylı məktəbin V sinif şagirdlərinə ədibin "Buz" hekayəsi "Açıq dərs"də tədris olunacaq.

Muzey fevral ayı ərzində Cəlil Məmmədquluzadənin "Xatirə günləri" çərçivəsində "Açıq qapı" günlərini davam etdirəcək.

OXŞAR XƏBƏRLƏR