Cəlilabadda narkotacir qohumlar altı kiloqram narkotiklə tutuldu - FOTO

KRİMİNAL
10:11 30.05.2020
1399
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində altı kiloqramdan artıq güclü təsiredici narkotik vasitələr aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. 

Bildirilib ki, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Elşad Hüseynli və qohumu Samir İsgəndərov "Range Rover” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin avtomobilə keçirilən baxış zamanı dörd ədəd sellofan torbada ümumi çəkisi 4 kiloqram 190 qram narkotik vasitə heroin və iki kiloqramdan artıq tiryək aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərin həmin narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından qaçaqmalçılıq yolu əldə etdikləri və əvvəlcədən gizlədilmiş yerdən götürdükləri müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:14 14.07.2020

Azərbaycan ordusunun generalı və polkovniki şəhid oldu

13:08 14.07.2020

Ermənistan ordusunun açdığı atəş nəticəsində 76 yaşlı şəxs həlak oldu

12:57 14.07.2020

Son dəqiqə! Müdafiə Nazirliyi yeni görüntülər yaydı - VİDEO

12:51 14.07.2020

Hazırda intensiv atışma gedir, əhali arasında ab-hava... - Tovuzun deputatı danışdı

12:47 14.07.2020

Azərbaycanlı xakerlər Paşinyanın saytını dağıtdılar

12:36 14.07.2020

Azərbaycan XİN: Ermənistan silahlı qüvvələri Tovuzda mülki şəxsləri hədəfə alıb

12:27 14.07.2020

Pakistan Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan sərhədlərinə hücumunu sərt şəkildə pislədi

12:19 14.07.2020

"Rəsmi Yerevan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil"

11:57 14.07.2020

Bakıda 21 yaşlı qız psixotrop dərman içib öldü

11:48 14.07.2020

Qubada karantin qaydalarını pozaraq futbol oynayanlar cərimələndi

11:31 14.07.2020

"Sosial şəbəkə istifadəçilərimiz düşmənin informasiya tələsinə düşməməlidir"

11:20 14.07.2020

"Azərbaycan dövləti və İlham Əliyev bütün dünya üçün bir nümunədir"

11:14 14.07.2020

Bakıda itkin düşən 27 yaşlı qadın Türkiyədə tapıldı

11:05 14.07.2020

Hikmət Hacıyev: “Artilleriya qurğularından istifadə etməklə hücum gözlənilirdi”

11:00 14.07.2020

Düşmən Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub

10:51 14.07.2020

İyulun 20-dən sonra növbəti buraxılış imtahanları keçirilə bilər