Cəmil Həsənlinin jarqonu və butulka söhbəti

Cəmil Həsənlinin jarqonu və butulka söhbəti
Bütün Xəbərlər
12:45 25.09.2013
1234

Hacıbəy HeydərliMilli Şuranın vahid namizədi Cəmil Həsənli “Azadlıq” qəzetinə müsahibə verib.

Bu müsahibəni oxuyanda elə bir təəssürat yaranır ki, bunu professor, prezidentliyə namizəd yox, kriminal aləmə məxsus jarqondan tez-tez istifadə edən insan danışıb.Cəmil bəy müxalifətdə tutduğu “vəzifə”dən sui-istifadə edərək onun haqda adi bir tənqid yazan hamını hədəfə gətirir, Milli Şuranın nəzarətində olan mətbu orqanlarda həmin şəxsləri “vurdurur”.Görünür Cəmil müəllimə bu xasiyyət sələfi Rüstəm İbrahimbəyovdan keçib. Kinorejissor da bir müddət öncə onu tənqid edənlərə belə cavab vermişdi: “Məni tənqid edən adamların ağzından vurmaq lazımdır. Şəxsən mən bunu etməyə ərinməzdim”.Cəmil Həsənli son müsahibəsində tanınmış jurnalist, hüquq müdafiəçisi Eynulla Fətullayevi alçaldılmış adam adlandırıb. Buna səbəb Fətullayevin rəhbəri olduğu saytda Cəmil Həsənli haqda ifşaedici məqalə yazması olub.Özünə siyasi lider deyən, hakimiyyət iddiasında olan Cəmil müəllim adi bir tənqidə belə dözümsüz yanaşırsa, onun hakimiyyətə gələcəyi təqdirdə nələr edəcəyini düşünmək belə insanı vahiməyə salır.Cəmil Həsənliyə xatırlatmaq lazımdır ki, o müttəfiqlərinə xəyanət edib parlamentə gedəndə, bu gün müsahibə verdiyi “Azadlıq” qəzeti onu alçaldan, aşağılayan köşə yazıları verirdi. Bu gün isə tarixçi alim həmin qəzet vasitəsilə insanları təhqir edir, satqınlıqda suçlayır.Əsl satqınlıq məqalə yazmaq yox, kritik məqamda dostlarını satıb, onların qərarına qarşı çıxmaqdır. Düşünürəm ki, tarixçi alim 8 il əvvəlki hadisələri unutmayıb. Bu faktlar Cəmil Həsənlinin tarix kitablarında yazılmasa da, Azərbaycan xalqının yaddaşına birdəfəlik həkk olunub.Bu gün mətbuata çıxıb, insanları təhqir edən Cəmil müəllim tarixçidən çox, bazarda 10 qəpiyə görə qırğına çıxan satıcılara bənzəyir.Cəmil Həsənli son müsahibəsində “butulka” haqda da çox danışıb. İTV-dəki debatda ona tərəf atılan “butulka”nı hakimiyyətin oyunu adlandırıb.Bu yerdə Cəmil müəllimə xatırlatmaq lazımdır ki, ona “butulka” atan Hafiz Hacıyev Müasir Müsavat Partiyasının sədridir və bu gün tarixçinin ətrafında toplaşan adamlar hakimiyyətdə olanda Hafiz Hacıyevə nazir postu vermişdilər.Bəlkə Hafiz Hacıyevin 1992-1993-cü illərdə nazir olmasını da Azərbaycanın hazırki hakimiyyəti planlaşdırıb, Cəmil bəy? Əminəm ki, Milli Şuradakılar utanmasalar bunu da iddia edirlər.Məsələnin digər bir tərəfi isə Cəmil Həsənlinin də elə Hafiz Hacıyev səviyyəsində insan olmasıyla bağlıdır. Əgər müxalifətin iddia etdiyi kimi, Hafiz Hacıyevin səviyyəsi aşağıdırsa, o zaman Cəmil müəllimə nə olmuşdu? O niyə təhqirə yol verirdi?El arasında bir məsəl var ki: Haqlıyla haqsız mübahisə edəndə, kənardan kimin doğru olduğu bilinməz, ona görə də insanın öz səviyyəsini qorumalıdır. Cəmil müəllim də mübahisəyə girişərək heç də partiya sədrindən geri qalmadığını göstərdi.Ancaq bu məsələdə səviyyəsini göstərən təkcə Cəmil Həsənli olmadı.Onun tərəfdarları da liderləri kimi davrandı. Müxalifətin 22 sentyabr mitinqində Azərbaycan hakimiyyətindən daha çox, Hafiz Hacıyev əleyhinə plakatlar açıldı, şüarlar səsləndirildi. Bununla da Azərbaycan müxalifəti öz mahiyyətini tam çılpaqlığıyla ortaya qoydu və elə Hafiz Hacıyev səviyyəsində olduqlarını sübut etdilər.Bundan başqa müxaliflər öz liderləri Cəmil Həsənliyə də yeni ad verdilər. Bundan öncə məşhur komediant Fantossiyə bənzədilən Cəmil Həsənliyə bu dəfə “Coni” adı verildi və mitinqdə “Coni, boğ onu” plakatı açıldı.Bilməyənlər üçün xatırladım ki, məşhur cizgi filmində milyonlarla qarışqa filin balasına hücum edir. Fil bir hərəkəti ilə qarışqaları ətrafa uçurdur. Yalnız bir qarışqa tükdən sallanır və filə müqavimət göstərir.Yerdəki qarışqalardan biri durmadan qışqırır: “Coni, boğ onu!”Buradan da belə nəticəyə gəlmək olur ki, müxalifətçilər özlərini qarışqa hesab edirlər.Özlərinə qarışqa deyib, sədrlərinə Coni adı qoyan insanlardan nəsə ciddilik gözləmək də absurd olar, bu adamlarla ciddi polemikalara girmək də əbəsdir.Azərbaycan müxalifəti son zamanlar özünü o yerə qoyub ki, onlara veriləcək ən gözəl cavab da elə “butulka” səviyyəsində olur.

OXŞAR XƏBƏRLƏR