Nüvə stansiyasında sızma: Cənubi Koreyadan açıqlama

Nüvə stansiyasında sızma: Cənubi Koreyadan açıqlama
DÜNYA
11:20 02.07.2026
263
Cənubi Koreyanın Gyeongju şəhərində yerləşən Volsonq (Wolsong) Atom Elektrik Stansiyasında "ağır su" sızması qeydə alınıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Nüvə Təhlükəsizliyi və Təminatı Komissiyası məlumat yayıb.

Bildirilib ki, stansiyanın 4-cü reaktorunda hidrogen əvəzinə döteryum izotopu olan "ağır su" sızması baş verib. Məlumata görə, dövlətə məxsus "Korea Hydro & Nuclear Power" (KHNP) şirkəti hadisə barədə çərşənbə günü yerli vaxtla saat 14:26-da aidiyyəti qurumlara məlumat verib. İlkin hesablamalara əsasən, təxminən 208 kiloqram ağır su sızıb.

Rəsmi açıqlamada vurğulanıb ki, sızan maye stansiyanın hüdudlarından kənara çıxmayıb və ətraf ərazilərdə radiasiya səviyyəsində hər hansı anomal artım qeydə alınmayıb.

KHNP hadisənin aşkarlanmasından dərhal sonra ötən ilin iyulundan planlı yoxlamalar səbəbindən fəaliyyətini dayandırmış 4-cü reaktordakı müvafiq nasosların söndürüldüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ağır su adi sudan təxminən 10 faiz daha sıx olan, tərkibində döteryum izotopu saxlayan xüsusi su növüdür. Bu maddədən bəzi atom elektrik stansiyalarında nüvə reaksiyalarının təhlükəsiz və idarəolunan şəkildə davam etməsini təmin etmək məqsədilə istifadə olunur.
Gülay
OXŞAR XƏBƏRLƏR