Cərəyan vurmuşdu, 4 gün sonra öldü

Cərəyan vurmuşdu, 4 gün sonra öldü
SOSİAL
14:03 21.11.2026
61
Masallı rayonunda bədbəxt hadisə nəticəsində xəsarət alan şəxs 4 gün sonra ölüb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, usta kimi işlədiyi evdə elektrik cərəyanı vurması nəticəsində xəsarət alan 1976-cı il təvəllüdlü Fuad Kərimovun halı 4 gün sonra kəskinləşib.

O, yenidən Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən yolda vəfat edib.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
OXŞAR XƏBƏRLƏR